İngiltərədən İŞİD-ə qoşulan tələbəyə: Dönüşünü əngəlləyəcəyik

İŞİD-ə qatılmaq üçün dörd il öncə İngiltərədən Suriyaya qaçan və “Times” qəzetinə verdiyi reportajda ölkəsinə dönmək istədiyini söyləyən tələbəylə bağlı İngiltərənin daxili işlər naziri “dönməyinə maneə yaradacağıq,”- deyib.

Nazir Səyid Cavid (Sajid Javid) açıqlamasında “Ölkə xaricində terror qruplarını dəstəklədinsə, dönməyini əngəlləmək mövzusunda heç bir tərəddüdüm olmayacaq,”- mesajını verib.

Cavid 19 yaşındakı tələbə Şamima Begümün ölkəyə dönməsi durumunda isə məhkəməyə verilməli olduğunu söyləyib.

“Times”-a danışan Cavid bu ifadələrdən istifadə edib:

“İŞİD-ə qatılmaq üçün İngiltərəni tərk edənlərin ölkəmizə qarşı nifrətlə dolu olduqlarını unutmamalıyıq”.

“Əgər dönməyi bacara bilsən, sorğulanmaya və məhkəməyə verilməyə hazır olmalısan”.

Böyük Britaniyanın daxili işlər naziri bundan əlavə İngiltərəyə geri dönənlərin ölkəyə təhlükə yaratmasının qarşısını almağın - ingilis pasportlarının ləğvi və İngiltərəyə girişin qarşısının alınması da daxil olmaqla - fərqli yolları olduğunu söyləyib.

İngilis təhlükəsizlik orqanları terrorla mübarizə haqqında qanunun "müvəqqəti istisna" maddəsini də tətbiq edə bilər.

Qanun bir ingilis vətəndaşı izlənməyi, sorğuya çəkilməyi və zəruri hesab olunduqda, anti-radikalizasiya təhsili almağı qəbul etmədiyi halda, ölkəyə girişinin müvəqqəti dayandırılmasına yol açır.

Terror əleyhinə qanunun köhnə müstəqil auditorlarından olan Lord Aleks Karlil (Lord Alex Carlile), başqa bir ölkənin vətəndaşlığını əldə etmədisə, Şamima Begümün İngiltərəyə qaytarılmasının lazım olduğunu söyləyib.

Beynəlxalq hüquqa əsasən bir insanı dövlətsiz qoymaq mümkün deyil.

2015-ci ildə İŞİD-ə qoşulmaz üçün Suriyaya gedən 3 tələbədən biri - 19 yaşındakı Şamima Begüm,” Times” qəzetinə müsahibədə təəssüf etmədiyini, ancaq İngiltərəyə qayıtmaq istədiyini bildirib.

Begüm, “zibil qutularında kəsik başlars gördüyünü, lakin qorxmadığını söyləyib.

Begüm 9 aylıq hamilə olduğunu və körpəsini İngiltərədə dünyaya gətirmək istədiyini və indiyədək 2 uşağının öldüyünü də deyib.

Begüm İngiltərədən bərabər qaçdığı digər iki sinif yoldaşından birinin də bombardmanda öldüyünü söyləyib. Digər dostunun taleyi isə qeyri-müəyyəndir.


Xəbərlər



Prezidentin qızı həbsxanaya göndərildi



Əlcəzairdə 82 yaşlı prezidentə qarşı etiraz aksiyası keçirilibr



ABŞ Konqresi Nemtsovun qətli və Putinin gəlirinin açıqlanmasını tələb edirr