Türkmənistan polisi qadın sürücülərə problem yaradır

''Biz maşınlarımızı stansiyaya buraxmalıyıq və heç bir halda sürücülük etməməliyik''

Türkmən qadınları polisin onların sürücülük vəsiqələrini saxta əsaslarla götürdükləri barədə şikayət edirlər.

Qeyd edilir ki, Orta Asiyanın bu ölkəsi qadınların avtomobil sürməsini sakit bir şəkildə qadağan edir.

Hafta sonundan etibarən bir qrup yol polisi paytaxt Aşqabadda ən işlək qovşaqlarda qadın sürücüləri dayandıraraq onların hərəkətini məhdudlaşdırmaq üçün hər hansı bir səbəblə avtomobillərini araşdırırlar, - müxalif media platforması “Türmənistan Xronikası” (Turkmenistan Chronicles) xəbər verir.

"Zabitlər qadın sürücülərə qadağa qoymurlar, amma avtomobilləri diqqətlə yoxlayırlar", - şahidlər saytda deyiblər.

"İlkin yardım dəsti, yanğınsöndürmə aləti, ehtiyat təkərin olmamağı avtomobilin girov götürülməsi üçün kifayətdir. Qadın avtomobilin çəkilməsindən imtina etsə, polis işi görməsi üçün bir qəza yük maşını çağırır, - "Turkmenistan Xronikası” qeyd edir.

Şahidlər qeyd ediblər ki, İstiqlal küçəsi və neytral yollar boyunca 20-yə qədər avtomobil sıralanıb və onların qadın sürücüləri polis axtarışını gözləyirlər. Qeyd edilir ki, yalnız bir gündə 90-120 nəqliyyat vasitəsinə əl qoyulub.

Zərərçəkənlər qeyd edirlər ki, məqsəd qadın sürücülərə təzyiq edərək sürücülükdən imtina etmələrinə nail olmaqdır.

Eyni hadisə Aşqabadda Saparmurat Turkmənbaşı Caddəsində baş verib.

Polis qadın sürücülərə heç bir qadağa etmədiyini deyib, lakin bir şahid müxbirə bildirib ki, məmur ona "bizə qadınların şəhərdəki əsas yollarda avtomobil istifadəsinə icazə verməməyimiz barədə əmr verilib,"- deyib.

Müxbir qeyd edib ki, rəsmi olmayan qadağa qadın polislərə də aid edilib.

Bir qadın məmur Azadlıq Radiosuna bildirib ki, ötən həftə hüquq-mühafizə orqanlarındakı bütün qadınlara heç bir yerə avtomobil istifadə edərək getməməyi tapşırıblar: “Biz maşınlarımızı stansiyaya buraxmalıyıq və heç bir halda sürücülük etməməliyik".

“Türkmənistan Xronikası”na əsasən, türkmən qadınlar bir aydan artıqdır ki, sürücülük testlərində ayrı-seçkilikdən şikayət edirlər.

Ölkənin eks-prezidenti Saparmurat Niyazov və onun sələfi Qurbanqulu Berdimuhamedovun hakimiyyəti altında Türkmənistan saqqal saxlamaq və ya kondisioner qurmağa qədər qeyri-bərabər ictimai davranışlar kodeksi tətbiq olunan ölkə kimi tanınır.

Hələ də bu qadağaların kim tərəfindən əmr edildiyi məlum deyil. Prezident Berdumuhamedov həvəsli sürücüdür və nəqliyyat qaydalarına xüsusi diqqət edir. Misal üçün, keçən ay qara maşınlara yenidən qadağa qoyuldu, - Türkmənistandan Alternativ Xəbərlər (ANT) saytı bildirir.

Daxili işlər naziri İsgəndər Mulikov, dekabr ayında Berdimuhamedova illik hesabatını təqdim edərkən yol qəzalarının səbəbi olaraq qadın sürücüləri günahlandırıb və bu da ANT-nin xəbərinə görə, prezidentin Mulikova “vəziyyəti düzəltməyi” əmri verməsi ilə nəticələnib.

Qeyd edilir ki, qara maşın qadağası da prezidentin kaprizlərilə bağlıdır.


Xəbərlər



Prezidentin qızı həbsxanaya göndərildi



Əlcəzairdə 82 yaşlı prezidentə qarşı etiraz aksiyası keçirilibr



ABŞ Konqresi Nemtsovun qətli və Putinin gəlirinin açıqlanmasını tələb edirr