İŞİD yeni jurnalında İstanbulun fəthindən bəhs edib

İŞİD terror təşkilatı "Dabıq"dan sonra ingiliscə yeni bir jurnal dərc etdirib. Məlumatına görə, terrorçular türk, rus və fransız dili başda olmaq müxtəlif dillərdə nəşr olunan jurnala "Roma" mənasını verən "Rumiyah" adını qoyublar. Nəyə görə bu ada üstünlük verilməsi isə jurnalda belə açıqlanıb:
 
"Jurnalımıza ad olaraq üstünlük verdiyimiz "Rumiyah" (Roma) adı, Allah Peyğəmbərinin qiyamətə yaxın fəthini bizi müjdə verdiyi yerin adıdır. Rəbbimizdən istəyimiz, bu ərazini və ondan daha əvvəl fəth ediləcək olan Konstantiniyyənin (İstanbul) fəthini bizə nəsib etməsidir".
 
Digər tərəfdən "Rumiyah" ilk sayında İŞİD-in Rusiyanın keçirdiyi əməliyyatda öldürülən sözçüsü Əbu Məhəmməd Əl-Adnaninin fotosunu üz qapağına vurub. Adnan üçün intiqam çağırışı edən təşkilat, İŞİD terrorçularından bu yolda özlərini fəda etmələrini istəyib. 
 
İŞİD-in bu müraciətindən sonra Avropa ölkələri başda olmaqla beynəlxalq koalisiyaya dəstək verən dövlətlərə qarşı hücumlar təşkil olunacağı ehtimal edilir. 
 
Bundan əlavə, jurnalda Türkiyənin Qaziantep vilayətində xına mərasimində həyata keçirilən intihar hücumuna dair hər hansı bir məlumat və ya açıqlama verilməyib.


Xəbərlər



Prezidentin qızı həbsxanaya göndərildi



Əlcəzairdə 82 yaşlı prezidentə qarşı etiraz aksiyası keçirilibr



ABŞ Konqresi Nemtsovun qətli və Putinin gəlirinin açıqlanmasını tələb edirr