Məkkə imamı canlı yayımda şiə, yəhudi və xristianlara ölüm istəyib

Səudiyyə Ərəbistanında yerləşən dünyanın ən böyük məscidi Məscid əl-Haramın imamı şiələri, yəhudi və xristianları öldüm istəyib.
 
“Uca Allah, Yəməndəki mücahid qardaşlarımıza qələbə, ləyaqət və güc ver. Dəməşqdə və İraqda və hər yerdə. Dünyanın Ağası, onlara Allahsız rafizilər (şiələr) üzərində qələbə hədiyyə et. Onlara Allahsız rafizilər (şiələr) üzərində qələbə hədiyyə et. Onlara dönük yəhudilər, küdurətli xristianlar və güvənilməz münafiqlər üzərində qələbə bəxş et. Allah, onlara qələbə, yardım və güc ver ”, - İmamın duasında deyilir. 
 
Maraqlısı odur ki, imam duada şiələrin öldürülməsi ilə bağlı fikrini iki dəfə, digərləri ilə bağlı isə bir dəfə səsləndirib.
 
Dua Misirin “Al-Qahera Wal Nas” televiziyasında canlı yayımlanıb. 
 
Bu arada Səudiyyə Xarici işlər naziri Adel əl-Cubeyr bundan sonra, Riyadın Yəməndə mülki vətəndaşlar və xəstəxanaları bombaladığı bir vaxtda “CNN” televiizyasında çıxış edərək Suriyadakı insan haqları ilə bağlı mühazirə deyib. 


Xəbərlər



Prezidentin qızı həbsxanaya göndərildi



Əlcəzairdə 82 yaşlı prezidentə qarşı etiraz aksiyası keçirilibr



ABŞ Konqresi Nemtsovun qətli və Putinin gəlirinin açıqlanmasını tələb edirr