Azərbaycan yalnız “Azərbaycanfilm”dirmi?

Son günlər kino ictimaiyyətinin müzakirə elədiyi məsələləri təhlil edib, özümçün vacib bir qənaətə gəldim – kinoda çalışan və kifayət qədər peşəkar insanlar arasında belə, “Azərbaycanfilm” haqda mifik və sırf nostalji üzərində qurulmuş yanlış bir fikir formalaşıb: “Əsil filmlər burda çəkilir, müstəqil studiyalarda çəkilən məhsullarsa bəsit və bayağıdır və sənət əsəri sayıla bilməz. Buna görə də dövlət məhz “Azərbaycanfilm” studiyasını maliyyələşdirməlidir. Yerdə qalan şirkətlərsə özləri öz çarəsinə baxsın!” Prezidentlə görüşdə hörmətli Mehriban Zekinin “Azərbaycanfilmin divarları soyuyub” metaforası da məncə bu səpkidəndir. Təsəvvür edə bilmirəm ki, Mehriban xanım “”Buta Film”in və ya “Dərviş prodüser mərkəzinin” divarları soyuyub” deyə müraciət etsin. Halbuki bu studiyalarda da filmlərdə çəkilib və kim bilir hansı daha uğurlu olub. Bu irad deyil, studiya adlarını da, Mehriban xanımı da misal üçün çəkdim. Sözüm odur ki, bu kökündən yanlış yanaşmadı və sırf post sovet düşüncəsidir. Bir iki sahə çıxmaqla bütün sənayemiz bazar iqtisadiyyatına keçdiyi halda, kinoda hələ də sosialist planlaşdırma iqtisadiyyatı hökm sürür. Məmurlar senari seçir və filmlərə prodüserlik edir. Dövlətin kinonun inkişafına ayırdığı vəsait illərdir bütövlükdə dövlət studiyalarına yönəldilir və özəl sektora heç bir dəstək göstərilmir. İzah da odur ki: “dövlət studiyası olduğu halda niyə özəl prodüser mərkəzinə maliyyə ayırmalıyıq?”

Sadaladığım bu məsələlər qəti qəbulolunmazdır və kinoda mövcud olan faciəvi vəziyyətin əsas səbəbdir. Nə qədər ki, Mədəniyyət Nazirliyi özəl sektorun inkişafına biganə qalacaq, büdcə vəsaiti yalnız dövlət şirkətləri arasında paylanacaq, hazır film layihələri onları yaradan özəl şirkət və prodüserlərin deyil, məmur-prodüserlərin ixtiyarına veriləcək – o vaxtadək Azərbaycanda kino sənayesinin formalaşmasından danışmaq mənasızdıq. Ən bayağı “bozbaş” filmdən tutmuş, ən mötəbər film festivalının qalibi olan incəsənət əsərinədək bütün filmlərimiz kino məhsuludur və bütövlükdə məmur-prodüserin “undustruya” adlandırdığı həmən o kino sənayesinin elementlərini təşkil edir və onu formalaşdırır. Odur ki, kinonun taleyini bağlı qapılar arxasında, kabinetlərdə həll etmək mümkün olmayacaq – bütün qərarlar yarımçıq və kompaniya xarakterli olacaq. Əgər doğrudan da məram kino sənayesinin qurulması və saflaşdırılmasıdırsa, ictimai müzakirəyə və hərtərəfli təhlilə ehtiyac var. Və təbii ki, bütün tərəflərin maraqları nəzərə alınmalıdır.


Xəbərlər



Prezidentin qızı həbsxanaya göndərildi



Əlcəzairdə 82 yaşlı prezidentə qarşı etiraz aksiyası keçirilibr



ABŞ Konqresi Nemtsovun qətli və Putinin gəlirinin açıqlanmasını tələb edirr