İran sərhədində növbəti silahlı insident

Martın 12-də səhər saat 7-də İran-Azərbaycan sərhədində son günlər ərzində ikinci silahlı insident yaşanıb. Azərbaycan Dövlət Sərhəd Xidmətinin məlumatına görə, Yardımlı rayonunun Ostair kəndi yaxınlığında sərhədçilər İran tərəfindən hərəkət edən 6 silahlı sərhəd pozucusu görüblər.

Sərhədi pozanlar sərhədçilərin dayanmaq tələblərini yerinə yetirməkdən imtina ediblər və atəş açıblar. Cavab atəşi ilə onlardan biri öldürülüb, digərləri isə yüklərini ataraq, geri çəkiliblər.

Hadisə yerinə baxış zamanı içərisində heroin və tiryək olan 4 paket, habelə 12 mm çaplı içində güllə olan ov silahları aşkar edilib.

Hadisə haqqında İran tərəfə məlumat verilib. Azərbaycan Dövlət Sərhəd Xidmətinin rəhbəri Elçin Quliyev hadisə yerinə gəlib. Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, martın 10-da da İran-Azərbaycan sərhədində İran tərəfindən sərhəd pozucularının sərhədi qanunsuz keçməsinin qarşısı alınıb. Atışma zamanı Azərbaycanlı sərhədçi Səxavət Məmmədov həlak olub.


Xəbərlər



Prezidentin qızı həbsxanaya göndərildi



Əlcəzairdə 82 yaşlı prezidentə qarşı etiraz aksiyası keçirilibr



ABŞ Konqresi Nemtsovun qətli və Putinin gəlirinin açıqlanmasını tələb edirr