Xəlqi Hüseyni itirdik

Bir neçə gün qabaq beyninə qansızmadan xəstəxanaya yerləşdirilən AXCP Suraxanı şöbəsinin Gənclər Komitəsinin sədri Xəlqi Hüseyn dünən Bakı Neyrocərrahiyyə Mərkəzində vəfat edib. AXCP sədri Əli Kərimli onun vəfatı ilə bağlı status paylaşıb.

AXCP ailəsinə ağır itki üzv verdi. Partiyanın Suraxanı şöbəsinin Gənclər Komitəsinin sədri Xəlqi Hüseyn gənc yaşında vəfat etdi. Xəlqi bəyi ölkənin viran edilmiş səhiyyə sistemi öldürdü. Beyninə qan sızmışdı. Ancaq Sabunçu xəstəxanasında ona 4 gün ərzində düzgün diaqnoz qoyulmadı, qan sızmadan yalnız 1 həftə sonra Bakı Neyrocərrahiyyə Mərkəzində beyinə qan sızması müəyyənləşdi, onda da artıq gec oldu. Xəlqi bəyin beyninə 2-ci dəfə və daha güclü qan sızdı, bu da onun ölümünə səbəb oldu.
Xəlqi bəy çox cəsur, vətənsevər, ədalətpərəst bir gənc idi. İki balaca oğlu ilə bağlı, Vətənimizlə, millətimizlə bağlı gözəl arzuları var idi. Arzularının gerçəkləşməsini görmək ona nəsib olmadı. Hamımız kədərliyik. Bu gözəl insanın, işıqlı gəncin vaxtsız ölümü hamımızı sarsıdıb. Allah ona rəhmət eləsin. Xəlqi bəyin ailəsinə, böyük cəbhə ailəsinə, Xəlqi bəyi tanıyanların hamısına başsağlığı verirəm. Və inanıram ki, Xəlqi bəy bunu görməsə də, oğlanları onun arzuladığı Azərbaycanda yaşayacaq, atalarının qısa, ancaq şərəfli ömür yolu ilə fəxr edəcəklər.

Allah rəhmət eləsin!


Xəbərlər



Prezidentin qızı həbsxanaya göndərildi



Əlcəzairdə 82 yaşlı prezidentə qarşı etiraz aksiyası keçirilibr



ABŞ Konqresi Nemtsovun qətli və Putinin gəlirinin açıqlanmasını tələb edirr