AND Azərbaycanda işgəncələrə dair hesabat yaydı

Azərbaycanlı mühacirlərin yaratdığı AND Hərəkatı (Azərbaycan Naminə Demokratiya) ölkəmizdə işgəncələrə dair hesabat hazırlayıb.

Hərəkat bildirir ki, Azərbaycanda ictimai-siyasi fəallara və digər vətəndaşlara qarşı işgəncələrin tətbiqi geniş yayılıb və bu barədə yerli demokratik ictimiaiyyət, BMT-nin müvafiq qurumu, beynəlxalq hüquq-müdafiə təşkilatları öz narahatlıqlarını bildiriblər. AND Hərəkatı da Azərbaycanda polis oraqnları və cəzaçəkmə müəssisələrində baş verən işgəncələri əks etdirən hesabat hazırlayıb. Hesabat ölkə mətbuatında dərc edilmiş yazılar və işgəncə qurbanlarının məhkəmə ifadələri əsasında hazırlanıb.

AND Hərəkatı Azərbaycan və beynəlxalq ictimaiyyəti işgəncə faktlarına daha artıq diqqət ayırmağa çağırır.


Xəbərlər



Prezidentin qızı həbsxanaya göndərildi



Əlcəzairdə 82 yaşlı prezidentə qarşı etiraz aksiyası keçirilibr



ABŞ Konqresi Nemtsovun qətli və Putinin gəlirinin açıqlanmasını tələb edirr