Dünyanın imtina etdiyi Maduronun səfirini Əliyev qəbul edir

Venesuela müxalifətinin lideri Xuan Quaydoya qlobal dəstək bu həftə genişlənib. Belə ki, ABŞ başda olmaqla Qərb ölkələri Venesuela prezidenti Nikolas Maduronun avtoritar rejiminə təzyiqi artırıblar.

İndiyədək Maduro beynəlxalq siyasi diplomatik təzyiqə, ciddi sanksiyalara müqavimət göstərirdi, ancaq görünür, artıq başqa yolu qalmayıb.

“Bütün rejimlər süqut etdikləri günə qədər çox stabil görünürlər”, – ABŞ-ın Venesuela üzrə xüsusi nümayəndəsi Eliot Abrams Vaşinqton Xarici Mətbuat Mərkəzində jurnalistlər qarşısındakı çıxışında deyib. O əmin olduğunu bildirib ki, Maduro rejimi “tədricən çokəcək”.

Cəmi 54 ölkənin Quaydonu dəstəkləməsindən ABŞ administrasiyasının narahat olub-olmaması ilə bağlı sualın cavabında Abrams deyib ki, ötən ilin sonlarından dünyada Quaydoya dəstək xeyli artıb.

Turan-ın müxbirinin sualının cavabında xüsusi nümayəndə deyib ki, dünyada “real olaraq Maduronu dəstəkləyən az ölkə var”. Onların arasında Rusiya, Çin, Kuba və Nikaraquanın adlarını çəkib və əlavə edib ki, onların heç biri demokratik deyil.

Diplomat Cənubi Qafqazla bağlı şərh verməkdən çəkinib. Belə ki, Gürcüstan Quaydonu tanıyan yeganə ölkədir.

Ötən ayın sonunda Gürcüstanın xarici işlər naziri David Zalkaliani Vaşinqtona səfəri zamanı Quaydonun ABŞ-dakı nümayəndəsi ilə görüşüb.

Azərbaycan isə bu həftə Maduronun Bakıdakı yeni səfirini alqışlamaqla dünya birliyinin diqqətini çəkib.

Martın 3-də Alberto Martines Berteran öz etimadnaməsini prezident İlham Əliyevə təqdim edib.

Vaşinqtonda rəsmi şəxslər hesab edirlər ki, Maduro rejimi günlərini sayır və onun çevrəsinə sanksiyalar və yardım göndərişinə qadağa onun süqutunu sürətləndirəcək.

Quaydonun tanınması ilə bağlı ABŞ-a qoşulmayan ölkələrə gəlincə, bu və ya digər mövqedə olmaq üçün hər ölkənin öz səbəbləri var, Abrams bildirib.


Xəbərlər



Prezidentin qızı həbsxanaya göndərildi



Əlcəzairdə 82 yaşlı prezidentə qarşı etiraz aksiyası keçirilibr



ABŞ Konqresi Nemtsovun qətli və Putinin gəlirinin açıqlanmasını tələb edirr