Hacıqabulda: Həyat yoldaşı intihar etdi, xanımı da özünü asdı

Hacıqabul rayonunun Kolanı kəndində intihar hadisəsinin baş verdiyi deyilir. Kənd sakinləri Sahib Zaməddin oğlu Rəsulovla həyat yoldaşı Əfsanə Ənzəli qızı Mailovanın özlərini asdığı bildirilir. Qonşularının sözlərinə görə, hadisəyə səbəb sosial problemlərdir.

Faktı Hacıqabul rayon Kolanlı kənd icra nümayəndəsi Əlikram Dostəliyev də təsdiqləyib. Onun sözlərinə görə, fevralın 15-də, günorta 2 radələrində Sahib Rəsulov atası evində özünü asıb, hadisədən xəbər tutan həyat yoldaşı Əfsanə Mailova da canına qəsd edib: “Əfsanə evlərinə baxmağa getdiyini deyib. Yubanıb, bacısı arxasınca gedəndə görüb ki, o da özünü balaca otaqda iplə asıb. Hər ikisi vəfat edib. Hardasa 15 ildən artıqdır evli idilər, övladları olmurdu”.

İcra nümayəndəsi hadisənin sosial problemlər səbəbindən baş verdiyini düşünmür: “Güzəranları yaxşı idi, gözəl həyat-bacası var, dolanırdılar. Hamı donub qalıb, hələ heç kim hadisənin niyə baş verdiyini bilmir, araşdırma aparılır”.

Həmin bölgədə yaşayan ictimai fəal Emil Məmmədov isə hadisənin tənədən qurtarmaq üçün baş verdiyini yazıb: “Xeyli vaxtdır ki, ailə qurmalarına baxmayaraq övladları olmayan 37 yaşlı ər və 34 yaşlı qadın yaxınlarının tənəsinə görə ayrılmaq qərarı versələr də, ər buna dözməyərək özünü həyətdəki ağacdan asaraq öldürüb. Bunu atası evində eşidən qadın da eyni üsulla intihar edib. Görəsən bizim adət-ənənlərimiz nə vaxta kimi özümüzə qənim kəsiləcək?”


Xəbərlər



Prezidentin qızı həbsxanaya göndərildi



Əlcəzairdə 82 yaşlı prezidentə qarşı etiraz aksiyası keçirilibr



ABŞ Konqresi Nemtsovun qətli və Putinin gəlirinin açıqlanmasını tələb edirr