Mingəçevirdə yerləşən “Azərbaycan İES”-də faciə

Fəhlə hündürlükdən yıxılaraq öldü

“Azərbaycan İstilik Elektrik Stansiyası”nın (İES) fəhləsi iş zamanı hündürlükdən yıxılıb.

Hadisə Mingəçevir şəhərində yerləşən İES-də baş verib. Stansiyada çalışan Salyan rayon sakini, 1994-cü il təvəllüdlü Nihat Barat oğlu Mirzəyev ehtiyatsızlıqdan yıxılaraq ağır bədən xəsarətləri alıb.

Yaralı dərhal Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin həkimlərin səyinə baxmayaraq N.Mirzəyevin həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.


Xəbərlər



Prezidentin qızı həbsxanaya göndərildi



Əlcəzairdə 82 yaşlı prezidentə qarşı etiraz aksiyası keçirilibr



ABŞ Konqresi Nemtsovun qətli və Putinin gəlirinin açıqlanmasını tələb edirr