Mingəçevirdə nişanlı qız 5-ci mərtəbədən yıxılıb

2 həftə sonra toyu olacaqdı

Mingəçevirdə faciəli hadisə baş verib. Hadisə şəhərin Aydın Məmmədov küçəsi, 9 ünvanında qeydə alınıb. Belə ki, həmin ünvanda yaşayan, 2001-ci il təvəllüdlü Səbinə Seymur qızı Qarayeva 5-ci mərtəbədən yıxılıb. S.Qarayeva dərhal Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanadan onun vəziyyətinin ağır olduğu bildirilib.

Yaxınlarının sözlərinə görə, S.Qarayeva ehtiyatsızlıq nəticəsində yerə yıxılıb.

Əldə etdiyimiz digər bir məlumata görə, S.Qarayeva nişanlı olub. İki həftə sonra, martın 24-də onun toyu olacaqmış.

Faktla bağlı araşdırma aparılır.


Xəbərlər



Prezidentin qızı həbsxanaya göndərildi



Əlcəzairdə 82 yaşlı prezidentə qarşı etiraz aksiyası keçirilibr



ABŞ Konqresi Nemtsovun qətli və Putinin gəlirinin açıqlanmasını tələb edirr