Nazirlik: İki hərbçi qar uçqununa düşüb

Azərbaycan Ordusunun iki hərbi qulluqçusu qar uçqununa düşüblər. Bu batədə Müdafiə Nazirliyinin martın 7-də yaydığı məlumatda deyilir.

Məlumata görə, qar uçqununa düşənlər gizir Hafiz Abdullayev və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Fərrux Məmmədovdur.

Məlumatda deyilir ki, hazırda hərbi qulluqçuların tapılması üçün ixtisaslı xilasedicilərin iştirakı və xüsusi texnikanın cəlb edilməsi ilə axtarış-xilasetmə əməliyyatı həyata keçirilir.


Xəbərlər



Prezidentin qızı həbsxanaya göndərildi



Əlcəzairdə 82 yaşlı prezidentə qarşı etiraz aksiyası keçirilibr



ABŞ Konqresi Nemtsovun qətli və Putinin gəlirinin açıqlanmasını tələb edirr