Azərbaycan millisinin rəqibi Bakıya gəlib

Bakıda keçiriləcək 17 yaşadək futbolçular arasında Avropa çempionatının daha bir iştirakçısı ölkəmizə gəlib. 
Belçika yığma komandasını gətirən təyyarə bir neçə dəqiqə əvvəl Heydər Əliyev adına Beynəlxalq Hava Limanına enib. Komandanı hava limanında yarışın Təşkilat Komitəsinin üzvləri və jurnalistlər qarşılayıb.
Qeyd edək ki, Belçika millisi qitə birinciliyində Azərbaycanla birgə A qrupunda yer alıb. Təbriz Həsənovun komandasının digər rəqibləri isə Portuqaliya və Şotlandiyadır.

 


Xəbərlər



Prezidentin qızı həbsxanaya göndərildi



Əlcəzairdə 82 yaşlı prezidentə qarşı etiraz aksiyası keçirilibr



ABŞ Konqresi Nemtsovun qətli və Putinin gəlirinin açıqlanmasını tələb edirr