"Araz" UEFA kubokuna məğlubiyyətlə başladı

Futzal üzrə UEFA kubokunun elit-raunduna start verilib.

 

B qrupunda mübarizə aparan Azərbaycan çempionu “Araz” ilk oyununa çıxıb.

 

Braziliyalı mütəxəssis Miltinyonun yetirmələri I turda Xorvatiyanın “Nasional” klubu ilə görüşüblər. Zaqrebdə baş tutan qrup oyunlarında təmsilçimiz meydan sahibləri ilə matçın favoriti olsalar da, yekunda məğlub olublar.

 

İlk turun qrupumuzdakı digər oyununda UEFA kubokunun hazırkı sahibi Rusiya “Yuqra”sı ilə elit-raundun debütantı olan Almaniya “Hamburq”unu məğlub edib - 4:0.

 

23 noyabr
UEFA kuboku, Elit raund
B qrupu, I tur

 

“Nasional” (Xorvatiya) - “Araz” (Azərbaycan) - 2:1

Qol: Novak, 36, 39.51 - Fineo, 39.59

 

 “Yuqra” (Rusiya) - “Hamburq” (Almaniya) - 4:0


Xəbərlər



Prezidentin qızı həbsxanaya göndərildi



Əlcəzairdə 82 yaşlı prezidentə qarşı etiraz aksiyası keçirilibr



ABŞ Konqresi Nemtsovun qətli və Putinin gəlirinin açıqlanmasını tələb edirr