Arda Turan 3 qol vurduğu oyundan danışdı

Çempionlar Liqasının 6-cı turunun Münhenqladbax “Borussiya”sı ilə oyununda (4:0) 3 qol vuran və 1 qolun ötürməsini verən “Barselona”lı Arda Turan matçla bağlı fikirlərini bildirib.
Qol.az-ın xəbərinə görə, UEFA-nın saytına açıqlamasında türkiyəli futbolçu deyib ki, özünün şəxsi iddialarını komandanın maraqlarından üstün tutmur:
“Bizim komandada yaxşı mühit var. Pakoya verdiyi ötürməyə görə təşəkkür edirəm. Çox istərdim ki, o, bu mövsüm məndən çox qol vursun. Biz hamımız komandamızın uğuru üçün çalışırıq və qalib gələndə çox sevinirik. Qolu kimin vurması isə vacib deyil. Biz sadəcə, mükafatlar uğrunda sona qədər mübarizə aparırıq”.
Arda Turan “Barselona”nın dünyanın ən yaxşı komandası olduğunu söyləyib: “Təbii ki, biz hər matçda ən yüskək səviyyəli oyun göstərməyə çalışırıq. Axır həftələrdə nəticələrimiz ürəkaçan deyildi. Ona görə də “Borussiya” ilə oyunda istədiyimiz nəticəni qazanmağa çalışırdıq ki, buna da nail olduq”. 

 


Xəbərlər



Prezidentin qızı həbsxanaya göndərildi



Əlcəzairdə 82 yaşlı prezidentə qarşı etiraz aksiyası keçirilibr



ABŞ Konqresi Nemtsovun qətli və Putinin gəlirinin açıqlanmasını tələb edirr