BP Milli Olimpiya və Paralimpiya komitələri ilə tərəfdaşlığın müddətini uzadıb

BP bu gün Azərbaycan Milli Olimpiya Komitəsi və Milli Paralimpiya Komitəsi ilə olan tərəfdaşlığının müddətini uzatmaq qərarına gəldiyini elan edib.

 

Şirkətdən verilən məlumata görə, tərəfdaşlıq müddəti ərzində BP ölkənin milli komandalarına və bir qrup seçilmiş idmançılara 2020-ci ilin sonunadək dəstək verməyə davam edəcək. 

 

İlkin saziş London 2012 Oyunlarından əvvəl 2012-ci ilin yanvar ayında imzalanıb və həmin vaxtdan etibarən bu tərəfdaşlıq sazişinin müddəti iki dəfə uzadılıb (2013-cü ildə 2016-cı ilədək və hazırda 2020-ci ilədək). Bu tərəfdaşlıq BP şirkətinə ölkədəki idmanın inkişafına dəstək olmaq istiqamətində Azərbaycan Milli Olimpiya və Paralimpiya Komitələri ilə sıx işləmək imkanı yaradıb. Bu tərəfdaşlıq çərçivəsində həmçinin bir qrup milli idmançıların Olimpiya və Paralimpiya Oyunları kimi mötəbər beynəlxalq idman yarışlarına hazırlanmasına dəstək göstəriləcək, habelə Azərbaycanda elit idmançıların inkişafına yardım ediləcək.

 

Bu gün Bakıda tərəfdaşlıq sazişinin müddətinin uzadılması ilə bağlı keçirilən imzalanma mərasimində çıxış edən BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrell deyib ki, təmsil etdiyi qurum 2020-ci ilin sonunadək Azərbaycan Milli Olimpiya Komitəsi və Milli Paralimpiya Komitəsi üçün rəsmi enerji və neft-qaz tərəfdaşı olmağa davam edəcək: "Biz həmçinin BP ailəsinin üzvləri olan idman elçilərimizlə əməkdaşlığın davam etməsindən də məmnunluq duyacağıq. Onlar tərəfdaşlığımızın başladığı andan etibarən bütün mötəbər idman tədbirlərində BP kollektivi üçün və həqiqətən də Azərbaycan xalqı üçün qürur mənbəyi olub. İdman elçilərimiz yarışlara və Azərbaycan üçün medallar qazanmağa hazırlaşdığı müddətdə onlara dəstəyimizi davam etdirəcəyik.

 

BP növbəti il Azərbaycanda öz fəaliyyətinin 25 illiyini qeyd etməyə hazırlaşır. Buradakı fəaliyyətimiz ərzində biz ölkədəki həyatın bir çox aspektlərində yaxından iştirak etmişik, fəaliyyətimizi təhlükəsiz və səmərəli şəkildə apararaq bir sıra nailiyyətlərə imza atmış və regiondakı hökumətlər, şirkətlər, icmalar və digər maraqlı tərəflər ilə sıx tərəfdaşlıqlar qurmuşuq. Azərbaycan Milli Olimpiya Komitəsi və Paralimpiya Komitəsi ilə bağlanılmış sazişin müddətinin uzadılması BP şirkətinin etibarlı tərəfdaş kimi ölkə qarşısında uzunmüddətli öhdəliyini nümayiş etdirir.”

 

Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti Çingiz Hüseynzadə qeyd edib ki, BP şirkəti təkcə Azərbaycanın neft və qaz sənayesi deyil, həm də ölkədə idmanın inkişafına dəstək göstərir: "2013-2016-cı illəri əhatə edən Olimpiya dövründə bu əməkdaşlıq kifayət qədər zəngin olub. Belə ki, BP ilə həyata keçirdiyimiz birgə layihələrdən minlərlə könüllü, yüzlərlə idmançı, onlarla məşqçi faydalana bilib. 2014-2016-cı illəri əhatə edən və Maykl Consonun birgə iştirakı ilə həyata keçirilən "Elit idmançıların təlim və inkişaf proqramını" xüsusilə vurğulamaq istərdim".


Xəbərlər



Prezidentin qızı həbsxanaya göndərildi



Əlcəzairdə 82 yaşlı prezidentə qarşı etiraz aksiyası keçirilibr



ABŞ Konqresi Nemtsovun qətli və Putinin gəlirinin açıqlanmasını tələb edirr