Çempionlar Liqası: "Telekom" İtaliyadan məğlub dönür

Bu gün qadın voleybolçular arasında Çempionlar Liqasının qrup mərhələsində növbəti oyunlar keçirilib.

 

Yarışda Azərbaycanı təmsil edən iki komandadan biri – “Telekom” da ilk oyununa çıxıb. 

 

Superliqanın gümüş mükafatçısı mövsümə İtaliyada start verib. Zoran Qayiçin yetirmələri İtaliya A seriyasının qalibi “Konegliano” ilə qüvvəsini sınayıb.

 

Oyuna yaxşı başlayan komandamız ilk setdə rəqibi ilə başa-baş mübarizə aparıb. Oyununun gedişində bir neçə dəfə önə keçən "Telekom" sonunda üstünlüyünü qoruya bilməyib. Tərəflərin ölümünə mübarizə apardığı set 31:29 hesabı ilə meydan sahiblərinin xeyrinə yekunlaşıb.

 

Digər iki setdə isə rahat qələbə qazanan italiyalılar matçdan qalib ayrılmağı bacarıblar.

 

Qadın voleybolçular arasında Çempionlar Liqası

Qrup mərhələsi

A qrupu

I tur

 

“Konegliano” (İtaliya) - “Telekom” (Azərbaycan) - 3:0 (31:29, 25:14, 25:22)


Xəbərlər



Prezidentin qızı həbsxanaya göndərildi



Əlcəzairdə 82 yaşlı prezidentə qarşı etiraz aksiyası keçirilibr



ABŞ Konqresi Nemtsovun qətli və Putinin gəlirinin açıqlanmasını tələb edirr