FİFA-nın yeni sistemi işləmədi

Klublararası dünya çempionatının yarımfinal mərhələsinin “Amerika” - “Real” oyununda (0:2) videotəkrar texnologiyasından istifadə edilib. Apasport.az saytının məlumatna görə, oyunda vurulan ikinci qol zamanı yaranan anlaşılmazlıq bu texnologiyadan istifadənin nə qədər uğurlu olmasıyla bağlı sual yaradıb.

 

Belə ki, matça əlavə olunmuş 3-cü dəqiqədə Kriştiano Ronaldo qol vurduqdan sonra görüşün baş hakimi əvvəlcə mərkəzi göstərsə də, az sonra videotəkrar texnologiyasından gələn xəbərdarlıqla epizodun ofsayd olduğunu bildirib. Ancaq hakim bu qərarının da üzərində çox dayanmayıb. O, yenidən mərkəzi göstərərək qolu qeydə alıb. Oyunda yaranmış bu anlaşılmazlıq videotəkrar texnologiyasıyla bağlı suallar yaradıb. 

 

“Real”ın xorvat futbolçusu Luka Modriç oyundan sonra yeni texnologiyanı tənqid edib: “Yeni üsuldu, ancaq düzünə qalsa, mən bəyənmədim. Qarışıqlığa səbəb olur. Ümid edirəm ki, bu texnologiyadan daha istifadə edilməz. Futbol bu, deyil”.


Xəbərlər



Prezidentin qızı həbsxanaya göndərildi



Əlcəzairdə 82 yaşlı prezidentə qarşı etiraz aksiyası keçirilibr



ABŞ Konqresi Nemtsovun qətli və Putinin gəlirinin açıqlanmasını tələb edirr