"Ramil axmaq səhvlər etdi" - məşqçisindən sərt sözlər

"Ramil “Trabzonspor”da oynamırsa, deməli, onda deqredasiya başlayıb, inkişafı dayanıb. Bu gedişlə onun növbəti addımı Azərbaycanın hansısa klubuna keçmək olacaq”

 

“Ramil Şeydayev “Zenit”də qalmalı idi. Nəzərə alaq ki, bu gün komandanın hücum xətti üçün seçim azdır”.
Bu sözləri millimizin futbolçusu Ramil Şeydayevin məşqçisi olmuş Boris Rapoport “Sport den za dnem” qəzetinə müsahibəsində deyib.  O, Şeydayevin “Trabzonspor”a keçməsini səhv addım adlandırıb.
Qedy edək ki, mövsümün əvvəli türk klubuna keçən futbolçumuz orada cəmi 3 rəsmi oyunda (1 superliqa, 2 kubok matçı) meydana çıxıb.
“Onun “Trabzonspor”a keçidini başa düşmədim. Əvvəlcə deyilirdi ki, oyun praktikasını itirməmək üçün”Trabzonspor”a transfer olub. Amma bildiyimə görə, Ramil orada oynamır. Görünür, Ramilin işləri ilə onun hansı səviyyədə futbolçu olduğunu bilməyən səriştəsiz insanlar məşğul olur. Bilirlərmi ki, “Trabzonspor” hansı səviyyədə klubdur, onun orda oynamaq imkanları varmı? Ramilin daha bir ciddi səhvi “Zenit”dən “Rubin”ə keçməsi oldu”.
Rusiyalı mütəxəssisin fikrincə, Ramillə bağlı məsələ birbaşa pulun üzərində dayanır: “Məndə artıq belə təəssürat yaranıb ki, Ramilin hekayəsi birbaşa pul uğrunda mübarizədir. Bunun başqa izahı yoxdur. Futbol ikinci dərəcəli məsələyə keçib. Əgər onun işlərini “Zenit”in uşaq futbol məktəbində olduğu kimi, bir adam aparsaydı, hər şey normal alınardı. Bu halda, o, bu cür ağılsızlıqlara, axmaq səhvlərə yol verməzdi. Əgər Ramil “Trabzonspor”da oynamırsa, deməli, onda deqredasiya başlayıb, inkişafı dayanıb. Bu gedişlə onun növbəti addımı Azərbaycanın hansısa klubuna keçmək olacaq”.
Rusiyalı məşqçi bildirib ki, Ramilin Rusiyaya qayıtmaq imkanı da çətinləşib: “Hazırda Rusiya Premyer Liqasında oynamaq üçün 6 əsas legioner sırasına düşmək mənasında yüksək səviyyəli futbolçu olmalısan. Bu, çox çətindir. Ramil isə Azərbaycan vətəndaşlığını qəbul etməklə özü üçün hər şeyi korladı. Rusiyaya əcnəbi kimi gəlmək olar. Amma bunun üçün fərqli oyun göstərməlisən. Şeydayev isə son illər ümumiyyətlə, oynamır. “Rubin”də oynamadı, “Zenit”ə qayıtdı və Vladislav Radimovun rəhbərliyi altında ikinci komandada çıxış etməyə başladı. Hazırda “Trabzonsor”da da oynamır. Bundan başqa, onun böyük beynəlxalq və Avropa miqyaslı yarışların final mərhələsinə düşə bilməyən Azərbaycan millisini seçməsini başa düşmürəm. Orda yalnız seçmə mərhələ matçlarında oynamağın mənası nədir? Mən ona görə çox təəssüf edirəm. Burada olanda Ramil Rusiyanın gənclər millisinin aparıcı oyunçusu idi”.
O həmçinin deyib ki, hazırda Ramillə əlaqələri yoxdur: “Görünür, hazırda onun işlərini həyata keçirən atasının Ramilə təsiri bizim təsir imkanlarımızdan daha çoxdur. Bizim başqa şəhərlərdə oynayan çox futbolçumuz var ki, onlarla daim əlaqə saxlayırıq. Ramil isə bizimlə əlaqəni dayandırıb. Baxmayaraq ki, düz 6 il bizim komandada oynayıb”.


Xəbərlər



Prezidentin qızı həbsxanaya göndərildi



Əlcəzairdə 82 yaşlı prezidentə qarşı etiraz aksiyası keçirilibr



ABŞ Konqresi Nemtsovun qətli və Putinin gəlirinin açıqlanmasını tələb edirr