Avropalıların seçdiyi azərbaycanlı hakimlə- Müsahibə

Azərbaycanlı FİFA referisi Əliyar Ağayev Avropada mükafata layiq görülüb.
Axar.az UEFA-da beynəlxalq futbol hakimliyi sahəsində ixtisaslaşmış "The3rdTeam" bloqu tərəfindən “Parlayan ulduz” mükafatına layiq görülən 29 yaşlı referi ilə müsahibəni təqdim edir:
– Əvvəlcə sizi qazandığınız nailiyyətə görə təbrik edirik...
– Bir məsələyə aydınlıq gətirim ki, sözügedən bloq UEFA-nın rəsmi saytı deyil, Avropa hakimlərinin yaratdığı bloqpostdur. Daxili səsvermə nəticəsində “Parlayan ulduz” mükafatına layiq görülmüşəm. UEFA ilin hakimi seçimləri aparmır.
 
– Əliyar bəy, sizə elə gəlmirmi ki, dünyamiqyaslı, UEFA-da ixtisaslaşmış bloqpostun Avropa hakimləri arasında məhz sizi bu ada layiq görməsinin özü böyük uğurdur?
– Əlbəttə, sevindirici haldır. Bütün UEFA hakimləri həmin bloqpostda fəaldır. Öz adıma və Azərbaycanın adına sevinirəm.
 
– Son 6 ay ərzində apardığınız oyunlara görə sözügedən mükafata layiq görülmüsünüz. Sizcə, bu mükafat daha çox hansı oyununuza görə verilib? Hansı oyununuza görə parlaq hakim kimi yaddaşlarda qalmışınız? Hansı oyununuz daha mükəmməl ötüşüb?
– Son 6 ay ərzində idarə etdiyim oyunların hamısındakı tərəflər dünya səviyyəli komandalar olub. O oyunların idarəsi özü olduqca zövqvericidir. Hər hansı birini seçib konkret ad çəkmək isə çətin olar.
 
– Tez-tez təkrar olunan sual olsa da, kumiriniz varmı? Hansı hakimin oyunları daha mükəmməl apardığını düşünürsünüz?
– Konkret kumir hakim adı çəkə bilmərəm. Bütün hakimlərə baxıb nəsə götürməyə çalışıram. Bəzi ölkələr var ki, onların hakimlərini daha çox bəyənirəm. Məsələn, Almaniya, Britaniya hakimlərinin idarəçiliyini çox bəyənirəm.


Xəbərlər



Prezidentin qızı həbsxanaya göndərildi



Əlcəzairdə 82 yaşlı prezidentə qarşı etiraz aksiyası keçirilibr



ABŞ Konqresi Nemtsovun qətli və Putinin gəlirinin açıqlanmasını tələb edirr