Tevez "Şanxay" klubuna keçdikdən sonra dünyanın ən yüksək ödənişli futbolçusu olacaq

Argentinanın "Boka Xuniors" klubunun hücumçusu Karlos Tevez Çinin "Şanxay Şenxua" klubuna keçidi rəsmiləşdikdən sonra dünyanın ən yüksək ödənişli futbolçusu olacaq.
Bu barədə Böyük Britaniyanın "Daily Mail" qəzeti yazıb.
"Boka Xuniors" rəhbərliyi futbolçunun Çin komandasına keçidinin bu yaxınlarda gerçəkləşəcəyini təsdiq edib. 32 yaşlı forvard artıq komanda və azarkeşlərlə vidalaşıb.
Qəzet yazır ki, Tevez yeni komandasında həftəsinə 615 min funt alacaq ki, bu da onu dünyanın ən yüksək ödənişli futbolçusu edəcək. Hazırda ən çox məvacib alan futbolçu İspaniya "Real"ının hücumçusu Kriştianu Ronaldudur.


Xəbərlər



Prezidentin qızı həbsxanaya göndərildi



Əlcəzairdə 82 yaşlı prezidentə qarşı etiraz aksiyası keçirilibr



ABŞ Konqresi Nemtsovun qətli və Putinin gəlirinin açıqlanmasını tələb edirr