Azərbaycan Kubokunda yarımfinal mərhələsinə vəsiqələrin sahibləri müəyyənləşir

Bu gün Azərbaycan Kubokunda 1/4 final mərhələsinin cavab oyunları keçiriləcək. "Report"un məlumatına görə, paytaxtda və ölkənin digər böyük şəhərlərində baş tutacaq görüşlərdən sonra yarımfinalçılar müəyyənləşəcək.
"Neftçi" ilə "Qarabağ" cütün taleyini böyük ölçüdə həll ediblər. "İnter"lə "Qəbələ" isə ilk oyunarda qazandıqları qələbələrlə yarımfinala yaxındırlar.
İlk görüşdəki nəticələrə əsasən günün vacib oyununun Şüvəlanda keçiriləcəyini demək olar. AZAL "Qəbələ" ilə ev oyununda minimal hesablı qələbə qazanarsa, adını növbəti mərhələyə yazdıracaq.
Azərbaycan Kuboku, 1/4 final, cavab oyunları
21 dekabr (çərşənbə)
 
13:00. "Kəpəz” – "İnter”
Hakimlər: Rəhim Həsənov, Vaqif Musayev, Akif Əmirəli, Vüsal Qənbərov
Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Elvin Əsgərov
AFFA nümayəndəsi: Abas Hüseynov
Hakim-inspektor: Rövşən Əhmədov
Gəncə. Şəhər stadionu
İlk oyun - 0:2
 
15:00. "Sumqayıt” – "Qarabağ”
Hakimlər: Rauf Cabbarov, Coşqun Həsənov, Cavanşir Yusifov, Rövşən Rəcəbov
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Hakim-inspektor: Füzuli Nəcəfov
Sumqayıt. "Kapital Bank Arena” stadionu
İlk oyun - 0:6
 
16:00. AZAL – "Qəbələ”
Hakimlər: Fariz Yusifov, Yaşar Abbasov, Elman Musayev, Mehman Mahmudov
Əlavə köməkçi hakimlər: Rəvan Həmzəzadə, İnqilab Məmmədov
AFFA nümayəndəsi: Elbrus Abbasov
Hakim-inspektor: Əli Hüseynov
Bakı. "AZAL Arena” stadionu ("CBC Sport”, canlı)
İlk oyun - 1:2
 
17:00. "Neftçi” – "Zirə”
Hakimlər: Ramil Diniyev, Azər Əsgərov, İsgəndər Əliyev, Ziya Nəsirov
AFFA nümayəndəsi: Ramiz Mustafayev
Hakim-inspektor: Asim Xudiyev
Bakı. "Bakcell Arena” stadionu
İlk oyun - 3:0 


Xəbərlər



Prezidentin qızı həbsxanaya göndərildi



Əlcəzairdə 82 yaşlı prezidentə qarşı etiraz aksiyası keçirilibr



ABŞ Konqresi Nemtsovun qətli və Putinin gəlirinin açıqlanmasını tələb edirr