Adebayor Türkiyə klubuna transfer olundu

Tanınmış futbolçu Emmanuel Adebayor karyerasını Türkiyə klubunda davam etdirəcək. “Kristal Pelas”dan ayrıldıqdan sonra 33 yaşlı forvard “Başakşəhər”lə 1,5 illik müqaviləyə qol çəkib.

Buna qədər “Beşiktaş”ın təklifini rədd edən və karyerasını İngiltərədə davam etdirmək istəyən Adebayor, transfer pəncərəsinin son günündə “Başakşəhər”lə razılaşıb.
 
Qeyd edək ki, Emmanuel Adebayor karyerası ərzində “Monako”, “Arsenal”, “Mançester Siti”, “Real” və “Tottenhem” kimi nəhəng klubların formasını geyinib.


Xəbərlər



Prezidentin qızı həbsxanaya göndərildi



Əlcəzairdə 82 yaşlı prezidentə qarşı etiraz aksiyası keçirilibr



ABŞ Konqresi Nemtsovun qətli və Putinin gəlirinin açıqlanmasını tələb edirr