İslamiadada 57 yox, 54 ölkə iştirak edəcək

Sudan, Liviya və Küveyt oyunlarda iştirak edə bilmir

İslam Həmrəyliyi Oyunlarına qatılacaq ölkələrin sayında dəyişiklik olub. Məlumatı İslamiadanın Əməliyyat Komitəsi yayıb.

Sudan, Liviya və Küveyt idmançıları oyunlarda iştirak etməyəcəklər. 

Əməliyyat Komitəsi bildirib ki, İHİF və bu ölkələrin olimpiya komitələri komandaların yarışa gəlməsi üçün əllərindən gələni etsələr də, bu səylər nəticəsiz qalıb.

Beləliklə, Bakıda 57 yox, 54 ölkənin iştirakı baş tutacaq. 

IV İslam Həmrəyliyi Oyunlarının Əməliyyat Komitəsi bu ölkələrin Bakıya gəlməməsinin səbəblərini açıqlamır. İdman mütəxəssisləri isə düşünür ki, Sudan və Liviya maliyyə problemi səbəbindən gələ bilmirlər. Küveyt isə ölkə rəhbərliyinin Milli Olimpiya Komitəsinin fəaliyyətinə müdaxilə etdiyinə görə Beynəlxalq Olimpiya Komitəsi (BOK) tərəfindən cəzalandırılıdığı üçün öz bayrağı altında yarışlara qatıla bilməz.

Bir müddət öncə gənclər və idman naziri Azad Rəhimov jurnalistlərə açıqlamasında demişdi ki, məqsəd 57 ölkənin oyunlarda iştirakını təmin etməkdir:

"50 ölkənin təsdiq cavabını almışıq. Qalan 7 ölkə isə gələ bilmir. Bəzilərinin maliyyə problemləri var. Çalışırıq onlara kömək edib, oyunlara cəlb edək".

2017-ci il mayın 12-dən 22-nə kimi Bakıda IV İslam Həmrəyliyi Oyunları keçiriləcək. 20 idman növü üzrə keçiriləcək yarışda 50-dən çox müsəlman ölkəsinin təmsil ediləcəyi gözlənilir. İyunda isə Bakıda Formula 1 yarışı keçiriləcək. Bu, Azərbaycanın indiyədək keçirdiyi ilk böyük yarışmalar deyil. Daha əvvəl “Eurovision”, “2015 Yay Avropa Olimpiya Oyunları”, “Formula 1 2016 Gran Prix” yarışlarına ev sahibliyi edib.


Xəbərlər



Prezidentin qızı həbsxanaya göndərildi



Əlcəzairdə 82 yaşlı prezidentə qarşı etiraz aksiyası keçirilibr



ABŞ Konqresi Nemtsovun qətli və Putinin gəlirinin açıqlanmasını tələb edirr