İstanbul təmsilçisi Kaqavanı heyətinə qatır

Türkiyənin "Beşiktaş" rəhbərliyi klubu tərk edən Talişkanın boşluğunu Sinji Kaqava ilə doldurmaq niyyətindədir. İstanbul təmsilçisi artıq yapon futbolçunun bonservisi üçün "Dortmund"a 5 milyon avro təklif edib.

 

"Beşiktaş" Kaqavanın transferini reallaşdıracağı təqdirdə onu klubun 10 nömrəsi edəcək.

Hələlik "Dortmund"un 5 milyon avroluq rəqəmi az gördüyü, İstanbul klubundan ən azı 7 milyon avro istədiyi bildirilir. Lakin "Beşiktaş"ın növbəti satışdan 10 faiz pay təklif etməsi "Dortmund"a maraqlı gəlib.


Xəbərlər



Prezidentin qızı həbsxanaya göndərildi



Əlcəzairdə 82 yaşlı prezidentə qarşı etiraz aksiyası keçirilibr



ABŞ Konqresi Nemtsovun qətli və Putinin gəlirinin açıqlanmasını tələb edirr