Şəhriyar Məmmədyarov Levon Aronyanla heç-heçə edib

ABŞ-ın Sent-Luis şəhərində keçirilən "Sinquefield Cup" turnirinin IV turunda Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov ağ fiqurlarla ermənistanlı Levon Aronyanla qarşılaşıb.

 

Oyun 24-cü gedişdən sonra heç-heçə ilə yekunlaşıb - 0,5:0,5.

 

Bununla da Məmmədyarov xallarını 2,5-ə çatdırıb.

 

Turun digər görüşlərinə gəldikdə, rusiyalı Aleksandr Qrişuk fransalı Maksim Vaşye-Laqravla heç-heçə edib. 

On şahmatçının mübarizə apardığı "Sinquefield Cup" 300 min dollar mükafat fonduna malikdir. Qalib 75 min dollar qazanacaq.


Xəbərlər



Prezidentin qızı həbsxanaya göndərildi



Əlcəzairdə 82 yaşlı prezidentə qarşı etiraz aksiyası keçirilibr



ABŞ Konqresi Nemtsovun qətli və Putinin gəlirinin açıqlanmasını tələb edirr