`Qarabağ`a keçən futbolçuya görə ziyana düşdülər

Türkiyədə transfer pəncərəsinin bağlanmasına az qalmış "Bursaspor"un əldə etdiyi gəlir bəlli olub.

 

Bursa təmsilçisi 4,7 milyon avro gəlir əldə edib. Super Liqa klubu  2017-ci ilin yayında "Admira Vakker"dən 400 min avroya aldığı Con Delarjı ucuz qiymətə satıb. Azərbaycan  çempionu "Qarabağ" "yaşıl timsahlar"ın 28 yaşlı konqolu forvardını 170 min avroya alıb. Bu isə Türkiyə klubunu 230 min avro ziyana salıb. Bursalılar digər transferlərdən qazanc götürüb.

 

Super Liqa klubu U-21 millimizin üzvü Ozan Can Kökcünü I Liqa təmsilçisi "Giresunspor"a keçməsinə mane olmayıb. Aşağı liqa klubu ilə 3 illik müqavilə imzalayan vingeri sözləşməsinə əsasən, "Bursaspor" gənc oyunçunu istədiyi vaxt heyətinə qaytara bilər.


Xəbərlər



Prezidentin qızı həbsxanaya göndərildi



Əlcəzairdə 82 yaşlı prezidentə qarşı etiraz aksiyası keçirilibr



ABŞ Konqresi Nemtsovun qətli və Putinin gəlirinin açıqlanmasını tələb edirr