Qomis “Qalatasaray”ı tərk etdi

“Qalatasaray” hücumçusu Bafetimbi Qomislə yollarını ayırıb. Fransız futbolçu Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubuna transfer olunub. 

 

Hər iki klubun mətbuat xidməti məlumatı təsdiqləyib. Ərəblər bu transferə görə “Qalatasaray”a 6 milyon avro ödəyəcək. Futbolçu özü isə illik 8 milyon avro maaş alacaq. O, yeni klubu ilə 3 illik müqaviləyə imza atıb.

 

Qeyd edək ki, Qomis ötən mövsüm 33 oyuna 29 qol vuraraq, Superliqanın bombardiri olmuşdu.


Xəbərlər



Prezidentin qızı həbsxanaya göndərildi



Əlcəzairdə 82 yaşlı prezidentə qarşı etiraz aksiyası keçirilibr



ABŞ Konqresi Nemtsovun qətli və Putinin gəlirinin açıqlanmasını tələb edirr