2021-ci ildən sonra Azərbaycan Qafqazda ən kasıb ölkə sayılacaq

“2018-ci il Azərbaycanın Cənubi Qafqazdakı iqtisadi liderliyinin sonuncu ili oldu”. Bu fikri ADR sədri, iqtisadçı Qubad İbadoğlu facebook səhifəsindən paylaşıb. Q.İbadoğlu qeyd edi rki, proqnozlara görə, hər nəfərə düşən milli gəlirə görə Azərbaycan Qafqazdakı üstün mövqeyini 2019-cu ildə Gürcüstana, 2021-ci ildə isə Ermənistana uduzur: “Dünya Bankının 8 yanvar 2019-cu ildə dərc olunan “Qlobal iqtisadi perspektivləri”ndə təqdim olunan iqtisadi artım templərinə görə, cari ildə Azərbaycan Qafqazdakı iqtisadi liderliyinə son qoyulacaq. Adambaşına düşən ÜDM göstəricinə görə, Azərbaycan bu il Gürcüstandan, 2021-ci ildə də Ermənistandan geri qalacaq. Zəngin neft-qaz sərvətlərinə malik olan Azərbaycanda iqtisadi artımın yaxın 4 ildə Ermənistan və Gürcüstanla müqayisədə 2 dəfəyədək aşağı olması səbəbindən ölkəmiz 2021-ci ildən sonra Qafqazda ən kasıb ölkə sayılacaq. Daha ətraflı məlumat üçün şəkil bölməsində təqdim olunmuş cədvəllərə baxa bilərsiniz”.

Q.İbadoğlunun sözlərinə görə, azadlıqlar və demokratiya sahəsində mövqeyini qonşulara çoxdan uduzan Azərbaycanın iqtisadi sahədə də xüsusilə Ermənistandan geri qalması hakimiyyətin səriştəsiz siyasətinin, pis idarəçiliyinin, yalançı inkişaf nağıllarının acınacaqlı nəticəsidir.


Xəbərlər



Prezidentin qızı həbsxanaya göndərildi



Əlcəzairdə 82 yaşlı prezidentə qarşı etiraz aksiyası keçirilibr



ABŞ Konqresi Nemtsovun qətli və Putinin gəlirinin açıqlanmasını tələb edirr