Dollar 1.97 manata qalxacaq

Azərbaycan Mərkəzi Bankı (AMB) 2017-ci ilin Aprel ayından etibarən 1 ABŞ dollarının məzənnəsini 1.70 manat səviyyəsində sabitləyib.

Bu “Standard&Poors” (S&P) beynəlxalq reytinq agentliyinin açıqlamsında bildirilir.

S&P, Azərbaycanın reytinqinə yenidən baxaraq ölkəmizə dair proqnozlar da verib. Yenilənmiş proqnozlara görə, 2019-cu ilin sonunda Dollar/Manat məzənnəsi 1.79 manat səviyyəsinə, 2020-ci ilin sonunda 1.87 manata, 2021-ci ilin sonunda isə 1.97 manata qalxacaqdır.

“Standard & Poors” qeyd edib ki, əgər neftin qiyməti daha da düşərsə Manat ucuzlaşdırılacaqdır.

Agentliyin fikrincə Azərbaycan Mərkəzi Bankı bu ilin Dekabr ayından məzənnəni operativ tənzimləməyə başlayacaqdır.

“Fikrimizcə, əgər neftin qiyməti az əlverişli olarsa, Azərbaycan hökuməti, 2015-ci ildə baş verdiyi kimi, böyük həcmdə valyuta ehtiyatlarının itkisinə yol verməmək məqsədilə mübadilə məzənnəsinin düzəlişinə gedəcək”, – agentlik qeyd edir.


Xəbərlər



Prezidentin qızı həbsxanaya göndərildi



Əlcəzairdə 82 yaşlı prezidentə qarşı etiraz aksiyası keçirilibr



ABŞ Konqresi Nemtsovun qətli və Putinin gəlirinin açıqlanmasını tələb edirr