Yunis Səfərova işgəncə verib, şəkilini yayanlar kimlərdir?

“İlkin olaraq əllərini bağlayıb ağır işgəncə verərək rezin dəyənəklə, təpik, yumruqla döydülər”

“Yunis Səfərovun şəkili Gəncədə Nizami Rayon Polis İdarəsinin növbətçi hissənin saxlama məntəqəsində çəkilib”. Bu məlumatı idarənin adının açıqlanmasını istəməyən əməkdaşı verib. Mənbə iddia edir ki, şübhəli şəxsə işgəncəni Gəncə Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin rəisi Sərxan İsmayılovla baş əməliyyat müvəkkili Qorxmaz İbrahimov verib:

“İlkin olaraq əllərini bağlayıb ağır işgəncə verərək rezin dəyənəklə, təpik, yumruqla döydülər. Daha sonra onun şəklini çəkərək, qəsdən yaydılar ki, ictimaiyyət arasında qorxu yaransın”.

 

Elmar Vəliyev və Faiq ŞabanovElmar Vəliyev və Faiq Şabanov.

 

Mənbənin məlumatına görə, Sərxan İsmayılov Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi Faiq Şabanovun qohumu və ən güvəndiyi şəxsdir.

Gəncədəki hüquq-mühafizə orqanlarında çalışan başqa bir mənbə də Yunis Səfərovla bağlı əməliyyata Sərxan İsmayılovun rəhbərlik etdiyini təsdiqləyib.

DİN-in mətbuat xidmətindən məsələyə münasibət öyrənmək mümkün olmayıb.

 

Yunis Səfərovun fotosunu çəkərkənYunis Səfərovun fotosunu çəkərkən. Fotoqraf:: meydan.tv

 

İyulun 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və cangüdəni silahlı hücuma məruz qalıb. Hadisə ilə bağlı Rusiya vətəndaşı Yunis Səfərov şübhəli şəxs qismində saxlanılıb. İyulun 4-də sosial şəbəkələrdə onun şəkili yayılıb. Yunis Səfərov olduğu iddia edilən həmin fotodakı şəxsin üzərində qan, işgəncə izləri var.

DİN-in mətbuat xidmətinin rəisi Ehsan Zahidov Yunis Səfərovun saxlanılarkən xəsarət aldığını, lakin işgəncəyə məruz qalmadığını bildirib.


Xəbərlər



Prezidentin qızı həbsxanaya göndərildi



Əlcəzairdə 82 yaşlı prezidentə qarşı etiraz aksiyası keçirilibr



ABŞ Konqresi Nemtsovun qətli və Putinin gəlirinin açıqlanmasını tələb edirr