Siyasi məhbusların yeni siyahısı – 150 nəfər

“Siyasi Məbuslara Azadlıq” İttifaqı (SMAİ) Beynəlxalq İnsan Haqları Günü (10 dekabr) münasibətilə mətbuat konfransını keçirib. Tədbirdə jurnalistlərlə yanaşı, müxtəlif partiya mənsubları, ictimai xadimlər, siyasi məhbus ailələrinin nümayəndələr də iştirak edib. SMAİ-nin təsisçilərindən olan , Azərbaycancan Ziyalılar Birliyinin sədri Eldəniz Quliyev çıxışında tədbirin Azərbaycanda İnsan Haqlarının hazırkı durumu; Siyasi məhbuslar siyahısının yenilənməsi; İnanclı insanlarının hüquqların müdafiəsi ilə bağlı problemlərin müzakirəsinə həsr edildiyini bildirib.
Birinci məsələ ilə bağlı SMAİ-nın digər təsisçisi Hilal Məmmədov çıxışında ölkəmizdə ictimai, siyasi, iqtisadi və sosial sahələrdə İnsan Haqları ilə bağlı olaraq bir çox mövcud problemləri xatırlatmaqla yanaşı, onların aradan qaldırılması yolları barədə bəzi təkliflərini irəli sürüb.
SMAİ-nın təsisçisi Elşən Həsənov ölkəmizdə Siyasi Məhbuslarla bağlı son durum və Siyasi Məhbuslar siyahısına 3 nəfərin (Rəhimov İkram ( Reallıq.info saytının baş redaktoru); Azad Həsənov (Musavat Paryiyasının fəalı); Əbülfəz Sadıqbəyli (Musavat Partiyasının Gənclər təşkilatının sədri) əlavə edilməklə yenilənməsi barədə məlumat verib. Yeni siyahı 150 nəfər siyasi məhbusları əhatə edib.
SMAİ-nın hazırda Avropada mühacir həyatını yaşayan digər təsisçısi Leyla Yunus canlı yayımla yenilənmiş Siyasi Məhbuslar siyahısının digər xarici dillərə də tərcümə olunub Beynəlxalq Təşkilatların, o cümlədən, AŞPA və Avropa Birliyinin İnsan Haqları komissiyasının müzakirəsinə təqdim edildiyi barədə ətraflı məlumat verib.
İnanclı insanların hüquq pozuntuları ilə bağlı olaraq Eldəniz Quliyev və digərləri ətrafli məlumatlar verib.
Sonra jurnalistlərin sualları cavablandırıb.

Image may contain: 1 person, sitting and indoor

Image may contain: 6 people, people sitting and indoor


Xəbərlər



Prezidentin qızı həbsxanaya göndərildi



Əlcəzairdə 82 yaşlı prezidentə qarşı etiraz aksiyası keçirilibr



ABŞ Konqresi Nemtsovun qətli və Putinin gəlirinin açıqlanmasını tələb edirr