ABŞ-da daha bir məhbusun edamı reallaşdı

 

ABŞ-ın Arkanzas ştatında mövcud qanunvericliyin icazə verməsinə baxmayaraq 12 ildir tətbiq olunmayan edam hökmü dünən ilk dəfə reallaşıb. 2005-ci ildən bu yana Arkanzasda edam edilən ilk məhbus dünən yerli vaxtla 23:56-da 51 yaşlı Ledel Li adlı məhbus olub.

Qeyd edək ki, ötən həftə Arkanzasda 11 gün ərzində 8 edam hökmünün icraası gündəmə gətirilsə də, ştatda böyük narazılıqla qarşılanmışdı. Etirazlar daha çox edamların zəhərli inyeksiya yolu ilə icra edilməsinə qarşı olmuşdu.

Ölüm hökmünün icrası üçün veriləcək dərmanların istehsalçısı olan 2 laboratoriya preparatların müddətinin keçdiyini və bu şəkildə məhbusların daha çox əzab çəkəcəklərini açıqlamışdı.

 


Xəbərlər



Prezidentin qızı həbsxanaya göndərildi



Əlcəzairdə 82 yaşlı prezidentə qarşı etiraz aksiyası keçirilibr



ABŞ Konqresi Nemtsovun qətli və Putinin gəlirinin açıqlanmasını tələb edirr