Bayram Məmmədovu türmədə məhv etmək istəyirlər

Heykəl məhbusu Bayram Məmmədovu saxlandığı 13 saylı cəzaçəkmə müəssisəsində məhv etmək istəyirlər. Məhbusun özü ona münasibətə görə, belə qənatə gəlib və bu barədə vəkili Elçin Sadıqova deyib. E.Sadıqov B.Məmmədovla aprelin 29-da görüşüb.

Vəkil görüş barədə feysbuk səhifəsində məlumat paylaşıb. Məlumatda deyilir ki, əvvəlcə görüşə imkan vermək istəməyiblər və onu 1 saatdan çox qapıda yubadıblar:

“Qapıda məni bir saatdan çox gözlətdilər, halbuki görüş məktubum var idi və bundan əvvəl də görüşmüşdüm, məktubu tapa bilmirik deyə bəhanəsi ilə 1 saatdan çox gözlətdilər. Hiss etdik ki, istəkləri gözləməkdən bezib Bayram Məmmədovla görüşdən imtina edib geri qaytımağım idi. Bir saatdan sonra görüşə icazə verdilər. Lakin, qol saatımı və ilk dəfə olaraq avtomobilimin açarını qanunsuz olaraq onlara verməli olduğumu bildirdilər. Etiraz etsəm görüşə icazə verilməyəcəyi bildirildiyindən avtomobilin açarını da verdim və Bayram Məmmədovla görüşdüm.”

Vəkil yazır ki, B.Məmmədov müəssisə rəhbərliyinin ona çox pis münasibət bəslədiyini deyib. Bildirib ki, ona Heydər Əliyevin heykəlinə “hörmətsizlik etdiyi üçün” daim təzyiq altında olacağını çatdırıblar.

Vəkilin bildirir ki, B.Məmmədov müəssisəyə yerləşdirildiyi gündən bəri xəstədir. Səbəb isə odur ki, ona yatağı tualetin yanından və daim soyuq havanın oynadığı yerdən veriblər. “Dəfələrlə CÇM-nin rəhbərliyinə müalicə olunmaq və yerinin dəyişdirilməsi üçün müraciət etməsinə baxmayaraq, ona heç bir əhəmiyyət verilməyib. CÇM-nin tibb hissəsində çitramon və aspirindən başqa dərmanın olmadığını bildirdi. Ona edilən bu pis münasibətin nəticəsində ağır xəstədir. Hətta 24 aprel 2017-ci il tarixdə ağır qızdırmalı xəstə olduğuna görə dəstə rəhbərini və başqa nəzarətçiləri xəbərdar edib ki, yataq xəstəsi olduğundan axşam “razvoduna” (sıra baxışı) çıxa bilməyəcək. Onun xəstə olmasına görə sıra baxışına çıxa bilməyəcəyini İlkin Rüstəmzadə də müəisissə rəhbərliyinə çatdırıb. Bütün bunlara baxmayaraq, xəstə-xəstə Bayramı proqulkaya (gəzinti yeri) aparıblar və qollarını arxadan qandalla bağlayaraq gözlədiblər. Bayram Məmmədov xəstə olduğu üçün sıra baxışına çıxmadığı barədə iki izahatını cırıblar və bildirblər ki, o sadəcə sıra baxışına çıxmamışam yazmalıdır. Soyuqdan dondğundan 5-6 saatdan sonra qısa izahat yazıb ki, sıra baxışına çıxmamışam”, – deyə vəkil qeyd edib.

B.Məmmədov bildirib ki, bundan əvvəl də onu müəsissə əməkdaşları işləməyə məcbur ediblər. B.Məmmədov bu hərkətə etiraz edərək, müəssisə əməkdaşlarına deyib ki, bura islah əmək koloniyası deyil, əgər məcburi əməyə cəlb edilirsə, yazılı qərar verilsin. Bu etirazından sonra onu paltarlarını məcburi soyunduraraq, cərimə kamerasının darısqal, üstü açıq, dörd divardan ibarət gəziti yerinə salıblar və saatlarla orada saxlayıblar. “Bayram Məmmədov bildirir ki, bu qanunsuz hərəkətlər onun sağlamlığına ciddi təsir göstərir. Müəsissəyə daxil olduğu gündən ağır xəstədir və bu hərəkətlərin nəticəsində sağalmır, Sanki bu hərəkətlər onun fiziki məhv edilməsinə yönəlib.”

Vəkil B.Məmmədovun dedikləri əsasında rəsmi qurumlara şikayət göndərəcəyini qeyd edib.


Xəbərlər



Prezidentin qızı həbsxanaya göndərildi



Əlcəzairdə 82 yaşlı prezidentə qarşı etiraz aksiyası keçirilibr



ABŞ Konqresi Nemtsovun qətli və Putinin gəlirinin açıqlanmasını tələb edirr