23 il gizlənən mafia başçısı İtaliyada həbs olundu

İtaliyada "Kalabria" mafia qruplaşmasının lideri Cuzeppe Giorgi 23 ildən sonra ələ keçib. Uzun müddət axtarışda olmasına baxmayaraq gizlənməyi bacaran mafia başçısını 28 il 9 ay həbs cəzası gözləyir.

"La Stampa" verir ki, 56 yaşlı Cuzeppe Giorgi 1994-cü ildən axtarışda olub. O, narkotik maddələrin beynəlxalq ticarətini təşkil etməkdə ittiham edilib.

İtaliya xüsusi təyinatlıların keçirdiyi əməliyyat zamanı San-Lukadakı evinin bunkerindən tapılan Cuzeppe Giorgi istintaqa təhvil verilib.


Xəbərlər



Prezidentin qızı həbsxanaya göndərildi



Əlcəzairdə 82 yaşlı prezidentə qarşı etiraz aksiyası keçirilibr



ABŞ Konqresi Nemtsovun qətli və Putinin gəlirinin açıqlanmasını tələb edirr