9 nəfəri qətlə yetirən Tver qatili qurbanına məzar qazdırıbmış

Rusiyanın Tver vilayətində doqquz nəfərin qətlində şübhəli bilinən cani qurbanlarından birini öldürməzdən əvvəl, onu əlləri ilə məzar qazmağa məcbur edib. 

 

FaktXəbər-in məlumatına görə, bu barədə Daxili İşlər Nazirliyinin nümayəndəsi Vadim Levşin Ria Novostiyə açıqlamasında bildirib: "İlkin olaraq müəyyənləşdirdik ki, o, qurbanlarının birinə əlləri ilə torpağı qazmağa məcbur edib. Kişi onu qazmağa başlayıb, amma onu güllələnib".

 

Onun sözlərinə görə, qurbanlar 20-40 yaş arasındakı şəxslərdir. Onların hamısı bir-biri ilə tanış olub. Amma onlarla cinayətkarın hər hansı bir dostluq münasibəti olmayıb.

 

Qeyd edək ki, cinayətdən sonra bildirilmişdi ki, qatil elektrikdir və qətlin baş verdiyi bağın sahibi qatili kömək üçün çağırıbmış. Levşin bildirib ki, bu, həqiqətə uyğun deyil.

 

Xatırladaq ki, kütləvi qətl Tver vilayətinin Redkino Konakovsk rayonunda yerləşən "Oktyabrın 50 illiyi" kooperativdə törədilib. İstintaqın məlumatına görə, bağ evlərindən birində keçirilən yeyib-içmək məclisində dava düşüb. Şübhəli, 45 yaşlı kişi bağa əlində ov tüfəngi ilə qayıdıb və onu incidənlərə atəş açıb.

 

Beş kişi və üç qadın meyiti evdə tapılıb. Sonra isə evin yaxınlığında par edilmiş avtomobilin yük yerindən daha bir qadının meyiti aşkarlanıb. 

 

Qızlardan biri isə atəşdən yayına bilib və polisə zəng vurub. Cinayətdən dərhal sonra şübhəli şəxsi saxlanılıb. O, sərxoş imiş və gizlənməyə çalışmırmış.


Цитата
  • Группа: Гости
  • ICQ:
  • Регистрация: --
  • Статус:
  • Комментариев: 0
  • Публикаций: 0
^
What is viagra generic low price for women - and does it even exist?

Xəbərlər



Prezidentin qızı həbsxanaya göndərildi



Əlcəzairdə 82 yaşlı prezidentə qarşı etiraz aksiyası keçirilibr



ABŞ Konqresi Nemtsovun qətli və Putinin gəlirinin açıqlanmasını tələb edirr