“ATV-yə bomba qoyanın” məhkəməsi başladı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində terrorçuluq barədə bilə-bilə yalan məlumat verməkdə təqsirləndirilən Nadir Babayevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb. 

 hakim Rauf Əliyevin icraatında olan prosesdə ilkin hazırlıq iclası baş tutub.

İclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məlum olub ki, Nadir Babayev ATV teleradio şirkətinə bomba qoyulması barədə hüquq-mühafizə orqanlarına məlumat verib.

Məlumatla bağlı ATV-də axtarış aparılıb və məlumat təsdiqini tapmayıb. 

 

Təqsirləndirilən Nadir Babayev ruhi xəstədir. O həbs edilməyib, barəsində başqa yerə getməmək haqda qətimkan tədbiri seçilib.


Xəbərlər



Prezidentin qızı həbsxanaya göndərildi



Əlcəzairdə 82 yaşlı prezidentə qarşı etiraz aksiyası keçirilibr



ABŞ Konqresi Nemtsovun qətli və Putinin gəlirinin açıqlanmasını tələb edirr