Mağaza sahibini öldürməklə hədələyib döydürdü

Gəncə şəhərində mağaza sahibi ilə sakin arasında insident yaşanıb. 

Ilkxeber.infoya Daxili İşlər Nazirliyinə istinadən verdiyi xəbərə görə, sentyabrın 4-də Gəncə şəhər sakini Abdulla Əhmədov Göygöl RPŞ-yə müraciət edərək həmin gün Qızılqaya qəsəbəsindəki mağazasına gələn həmyerlisi Tural Həşimovun münaqişə zəmində onu tüfənglə vuracağı ilə hədələməsini və sonradan “Niva” markalı avtomobildə gələn 4 naməlum şəxs tərəfindən döyülməsini bildirib. 

Araşdırma zamanı A.Əhmədovun münaqişə zəminində T.Həşimovu döyməsi və bu zaman sonuncunun “Niva” markalı avtomobilindən ov tüfəngini götürərək A.Əhmədovu hədələməsi müəyyən edilib. Göygöl RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində T.Həşimov saxlanılıb və ondan müvafiq sənədləri olan “Churchil” markalı tüfəng götürülüb. 

Murad Əhməd


Xəbərlər



Prezidentin qızı həbsxanaya göndərildi



Əlcəzairdə 82 yaşlı prezidentə qarşı etiraz aksiyası keçirilibr



ABŞ Konqresi Nemtsovun qətli və Putinin gəlirinin açıqlanmasını tələb edirr