Alimlər: İmmunoterapiya ən aqressiv döş xərçəngi növünə qalib gəlib

Amerikalı həkimlər bildiriblər ki, onlar süd vəzi xəçənginin ən qğır növünə qarşı mübarizədə uğur əldə ediblər. Onlar buna xərçəng hüceyrələrinə anti-cismlər vasitəsi ilə immunitet göndərməklə nail olub. 

 

FaktXəbər-in məlumatına görə, bu təcrübələrin nəticələri barədə onlar Çikaqoda keçirilən Amerika Kliniki Onkologiya Cəmiyyətinin konfransında bildiriblər. 

 

"Preparat bizim üzərində işlədiyimiz bütün qadınlarda deyil, bəzilərində müsbət nəticələr verdi. Amma bütün bu hallarda o, xərçəng və onun təsirini aradan qaldırmaq yönündə yaxşı işlər bacardı. İmmunoterapiya kimyaterapiyadan fərqli olaraq çox az əks effekt verir və güclü şəkildə ömrü uzadır. O, qadınlara döş xərçəngi ilə döyüşün gedişini dəyişməyə kömək edə bilər", - deyə Nyu-York Universitetindən Silviya Adams bildirib.

 

Son illərdə molekulyar bioloqlar və həkimlər immunoterapiyanın yardımı ilə hələlik sağalmaz hesab edilən xərçəng, diabet və digər allergik xəstəliklərlə mübarizədədə ümidlər yarada biliblər. 


Xəbərlər



Prezidentin qızı həbsxanaya göndərildi



Əlcəzairdə 82 yaşlı prezidentə qarşı etiraz aksiyası keçirilibr



ABŞ Konqresi Nemtsovun qətli və Putinin gəlirinin açıqlanmasını tələb edirr