Müğənni Timati Kadyrov-un şəxsi təyyarəsindəki fotolarını silib

Bu fotoların Çeçenistan rəhbəri Ramzan Kadyrov-un şəxsi təyyarəsində çəkildiyi deyilir

Rusiya müğənnisi Timati (gerçək adı Timur Yunusov)Instagram-datəyyarə içərisində çəkilmiş şəkillər paylaşıb. Bu fotoların Çeçenistan rəhbəri Ramzan Kadyrov-un şəxsi təyyarəsində çəkildiyi deyilir. Ancaq müğənni qısa müddətdən sonra bu şəkilləri pozub.

Martın 7-də paylaşdığı fotoya Timati bu sözləri əlavə edib:

"8 mart ərəfəsində səni evdən qovublarsa və qardaşının sənin üçün boş otağı varsa".

Müğənni paylaşdığı şəkli Kadyrov-un Instagram-dakı niki ilə təqləyib. Sonradan foto pozulsa da, sosial şəbəkələrdə qalıb.

Putin və reper Timati , Moskva, 5 mart 2012

Putin və reper Timati , Moskva, 5 mart 2012

 

Müğənninin bu paylaşımına sosial şəbəkə istifadəçiləri dərhal reaksiya veriblər.

Anna Vellikok (@annavellikok) adlı Twitter istifadəçisi yazır:

"Kadyrov, sən öz əmlakını göstərməməyə çalışanda, Timati sənin şəxsi təyyarənin interyerinin şəkillərini paylaşır".

O, bu qeydi #занашиналоги ("vergilərimiz naminə") həştəqi ilə paylaşıb.

Ötən gün həmin istifadəçi Timati-nin həmin şekli yenidən öz Instagram hesabına qaytardığını yazaraq, postun linkini paylaşıb.

Timati əvvəllər də Kadyrov-la yaxın ünsiyyətdə olduğunu açıqlayıb.

Martın 2-də Timati Kadyrov-la birgə fotoşəklini yayıb.

2013-cü ildə müğənni Çeçenistan rəhbərinin hərbi təyyarəsinin içərisində çəkilmiş fotosunu paylaşıb.

2014-cü ilin noyabrında Kadyrov Timati-yə "Çeçenistan Respublikasının Əməkdar artisti" fəxri adını verib. O bunu Timati-nin Dima Bilan-la mübahisəsindən sonra edib. O zaman Kadyrov Timati-nin tərəfini saxlayıb. Timati də buna cavab olaraq "əsl kişi" olan Ramzan Kadyrov-a tutduğu mövqeyə görətəşəkkür edib: "Şadam ki, sağlam yaşam tərzi və sağlam gənclik yetişdirməklə bağlı ideologiyalarımız üst-üstə düşür !!! Səninlə dostluq etmək və Çeçenistan Respublikasının Əməkdar artisti olmaq mənə şərəfdir !!!".


Xəbərlər



Prezidentin qızı həbsxanaya göndərildi



Əlcəzairdə 82 yaşlı prezidentə qarşı etiraz aksiyası keçirilibr



ABŞ Konqresi Nemtsovun qətli və Putinin gəlirinin açıqlanmasını tələb edirr