Diana Elnurla səhnəyə çıxacaq

Elektron musiqi kollektivi Dihaj “The End Of Sunrise”adlı solo konsert proqramı ilə Yaşıl Teatrda çıxış edəcək.

Konsertın xüsusi qonaqları - Azərbaycanın əməkdar artisti İsfar Sarabski və ölkəmizin “Eurovision”da ilk nümayəndəsi, "O Ses Türkiye"nin qalibi Elnur Hüseynov olacaq.

Musiqi gecəsində Dihaj qrupunun "TEOS" adlı debüt albomunun təqdimatı keçiriləcək. Həmçinin konsert proqramında Dihaj ilə İsfar Sarabskinin və Elnur Hüseynovun birgə mahnıları səslənəcək. Bundan başqa, Dihaj sevənlərinə əvvəllər heç bir yerdə səslənməyən yeni musiqilərini təqdim edəcək.

 

Xatırladaq ki, Dihaj Azərbaycanı «Eurovision-2017» beynəlxalq mahnı müsabiqəsində «Skeletons» mahnısı ilə təmsil edib.  


Xəbərlər



Prezidentin qızı həbsxanaya göndərildi



Əlcəzairdə 82 yaşlı prezidentə qarşı etiraz aksiyası keçirilibr



ABŞ Konqresi Nemtsovun qətli və Putinin gəlirinin açıqlanmasını tələb edirr