Ceyhunun “Onsuz” keçən 10 günü

“Ceyhun Qala” kimi tanınan müğənni Ceyhun Əliyev yeni klipini təqdim edib. Ifaçı müəllifi özü olduğu “10suz” adlı yeni mahnısına ekran həyatı verib. 

Aranjimanı Elvin İmanova, miks-masterinqi isə Yaşar Baxışa məxsus olan yeni klipin rejissoru Fərhad Əlidir. Ceyhun mahnının yaranma tarixçəsindən bəhs edib:

“Əslində bu mahnı onsuz qaldığım 10 gün içərisində yaranıb. Hiss etdiklərimi bəstələdim və oxudum. Düzdür, insanlar həyatlarında çatışmayan şeylərdən şikayətlənirlər. Bəzən isə əksinə olur. Hər şey var, amma yenə də nəsə çatmır kimi davranırlar. Ancaq Allahıma çox şükür mənim heç bir şeydən narazıçılığım yoxdur. Bu dünyada nə baş verirsə, Allahın istəyi ilə olur. Bu səbəbdən Rəbbimin göndərdiyi hər günə, yaşatdığı hər ana şükür edirəm”.


Xəbərlər



Prezidentin qızı həbsxanaya göndərildi



Əlcəzairdə 82 yaşlı prezidentə qarşı etiraz aksiyası keçirilibr



ABŞ Konqresi Nemtsovun qətli və Putinin gəlirinin açıqlanmasını tələb edirr