AXCP üzvü: “Evimə basqın edib, xanımımı polis idarəsinə aparıblar”

19 yanvar aksiyasından sonra evinə polis basqını olan AXCP Cəfər Nərimanlı bununla bağlı facebook səhifəsində status paylaşıb:

“Düzü bu barədə şəxsim adına çoxda xoş olmayan məsələləri ictimailəşdirməkdən çəkinmişəm, ancaq bu gün baş verənlər mənim üçün qırmızı xət və qəbul edilməz oldu və bunu ictimailəşdirmək məcburiyyətində qaldım.

Deməli 19 yanvar mitinqindən hələ öncədən, hər bir cəbhəçinin evinə olduğu kimi, bizimdə evə polislər, gəl – ged edir və Bakıda olmadığımı və rayonda işlədiyimi deməyimə baxmayaraq, polislər buna məhəl qoymadan özümə bir neçə dəfə zəng, evimizə isə azı 7..8 dəfə basqın edib məni axtarıblar, mitinqə 3 gün qalmış isə (razılıq verildikdən sonra ) 3 gün ərzində qapıda polis post qurub gecə gündüz keşik çəkiblər və bütün məhlə camahatın dan məni soruşublar. O, gündən bu günə mütəmadi olaraq polislər evə gəlir məni maraqlanır qonşulara və evdəkilərə narahatlıq və qorxu yaşadıblar . Dünən və bu gün isə 2…3 dəfə evimizə gələrək, küçədə oynayan 6 yaşlı oğlumu qorxudaraq, 2 polis küncə çəkib atan hardadır tex ol denən deyiblər və mənim üçün və bir çoxlarımız üçün qəbul edilməz məsələ bu gün baş verib və şanlı “Polisimiz ” Binəqədi rayonu 6 cı polis bölməsinin işçiləri, həyat yoldaşımı məcburi şəkildə evimizə basqın edərək, polis bölməsinə aparıblar 1 saata yaxın sorğu sual etdikdən sonra isə şərt kəsərək ki, (Cəfərə vaxt qoyuruq 3 gün ərzində ya bura gəlməli yada olduğu ərazidə yerləşən polis bölməsinə yaxınlaşmalıdır ) deyə buraxıblar. Mən Cəfər Nərmanov 2 övlad sahibiyəm 1 i 6 yaşlı oğlan digəri isə 4 yaşlı qız övladım var, özüm isə 3 qrup əliləm və 2002 ci ildən əsəb xəstəlikləri üzrə xəstəxanadan mütəmadi müalicə alır, 2003 cü ildən bəri isə 3 qrup əlillərə verilən təqaüd alıram. 2016 cı ildən AXCP-nin üzvüyəm və öz vijdanıma söykənərək vətənimin, millətimin və övladlarımın gələcəyi və xoş güzəranı üçün mübarizə aparıram, bütün vijdanlı və mübariz dostlarım kimi. Bu baş verən bütün mənə və ailəmə qarşı qanunsuzluqlar, qərəzli və yol verilməzdir , qanunlarımızı bu qədər ayaqlar altına almayın, insanların seçimlərinə bu qədər qərəzli yanaşmayın, harada görsənib ki, bir insanı heç bir günahı olmadan sırf müxalifətçi olduğu və mitinqlərdə iştrak etdiyi üçün təqib edəsiz, övladlarını qorxuzub, həyat yoldaşını polis idarəsinə aparasız və şərt kəsib buraxasız (yoldaşın 3 günə gəlməsə sizi yenidən tutub bölməyə gətirəcik) deyə, bu qədər aciz və kişiliyə yaraşmayan hərəkət etməyin.

Mən onsuzda tutduğum mövqedən, seçdiyim əqidədən dönən deyiləm, və öz mübarizəmi millətim azadlığa çıxana və qanunların şah olacağı ana qədər mübarizəmi aparacam. Bütün dostlarımdan və təmsil olunduğum təşkilatdan və adiatı orqanlardan bu işə vijdanlı yanaşmasını dərhal tələb edirəm”.


Xəbərlər



Prezidentin qızı həbsxanaya göndərildi



Əlcəzairdə 82 yaşlı prezidentə qarşı etiraz aksiyası keçirilibr



ABŞ Konqresi Nemtsovun qətli və Putinin gəlirinin açıqlanmasını tələb edirr