Hakimiyyәt yenә qorxdu – 2 mart mitinqinә dә razılıq verilmәdi

Demokratik Qüvvələrin Milli Şurasının 2 martda keçirmək istədiyi mitinqinə icazə verilməyib.

BŞİH mitinqin keçirilməsinin məqsədəuyğun olmadığını qeyd edib.

Milli Şuranın Koordinasiya Mərkəzindən verilən məlumata görə, BŞİH-də müraciətə baxılıb və müxalifətin martın 2-də, saat 15:00-da Yasamal rayonundakı İdman Sağlamlıq Kompleksinin stadionunda (keçmiş “Məhsul”) mitinq keçirməsinə razılıq verilməyib.

Sonuncu mitinq yanvarın 19-da keçirilib. Mitinqin əsas tələbi Mehman Hüseynova və digər siyasi məhbuslara azadlıq idi.

Mitinqdən sonra Bakı Şəhər Polis İdarəsinin açıqlamasında ictimai asayişin pozuntusu hallarının qeydə alınmadığı bildirilmişdi.

Ancaq 3 gün sonra Daxili İşlər Nazirliyindən yayılan açıqlamada mitinqdən sonra ictimai asayişi pozanların olduğunu və onların cəzalandırıldığı deyilirdi.

AXCP sәdri Әli Kәrimli hakimiyyәtin bu cavabına dәrhal münadibәt bildirib. O, feysbuk sәhifәsindә yazıb:

Yenə də qorxdular. 2 mart mitinqinə də razılıq vermədilər. İlham Əliyev dünən məktəbləri, idarələri bağlatdırıb, inzibati resurslarla Xocalı yürüşü keçirmişdi. Xocalı abidəsini də müxalifətin üzünə bağlatdırmışdı. Hökumət mətbuatı da bütün günü kampaniya aparırdı ki, xalq İlham Əliyevi dəstəkləyir ,Əli Kərimli tək qaldı. Mən də fikirləşirdim ki, kaş bunlar öz yalanlarına inana. 2 mart mitinqinə mane olmayalar, xalq da göstərə ki, İlham Əliyev rejiminə qarşı nə qədər adam etiraz edir. Ümidlənmişdim ki, dünənki şoulardan sonra qorxu canlarından çıxmış olar. Təəssüf ki, tirajladıqları “xalq İlham Əliyevi dəstəkləyir, müxalifətin də heç bir dəstəyi yoxdur” yalanına heç özləri də inanmayıblar. İnansaydılar, 2 mart mitinqinə razılıq verərdilər. Xeyri yoxdur, bunlardan əl çəkməyəcəyik. Qoy onlar qaçmaqlarında, xalq da qovmağında olsun!


Xəbərlər



Prezidentin qızı həbsxanaya göndərildi



Əlcəzairdə 82 yaşlı prezidentə qarşı etiraz aksiyası keçirilibr



ABŞ Konqresi Nemtsovun qətli və Putinin gəlirinin açıqlanmasını tələb edirr