Gəncə işi ilə bağlı verilən apelyasiya şikayəti təmin olunmadı

Bu gün Gəncə Apellyasiya Məhkəməsində hakim Şamil Rzaquliyevin sədrliyi ilə 2017-ci ildə Gəncə İmamzadə ziyarətgahında keçirilən Aşura mərasimi zamanı polis əməkdaşlarıyla ziyarətçilər arasında yaranmış insidentlə bağlı saxta ittihamlarla həbs olunaraq Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 01 Noyabr 2018 tarixli qərarı ilə 3 il müddətinə azadlıqdan məhrum edilmiş Firudin Zeynalovun bəraət istəməsi haqqında şikayətinə və dövlət ittihamçısının daha ağır cəza verilməsi haqqında protestinə baxılıb. Firudin Zeynalov və müdafiəçisi Zabil Qəhramanov 1-ci instansiya məhkəməsinin qərarının əsassız olduğunu, yenidən məhkəmə istintaqı aparılması üçün şahid və zərərçəkmişlərin məhkəməyə dəvət olunması haqqında vəsatət versə də vəsatət təmin edilməyib. Daha sonra Firudin Zeynalov birinci instansiya məhkəməsinin qərarından sonra məhkəmə iclas protokolları ilə tanış olmaq, eləcə də qeydlər aparmaq üçün dəfələrlə müraciət etdiyini, bu haqda heç bir cavab almadığı üçün Məhkəmə-Hüquq Şurasına yazılı şikayət ünvanladığını, amma buna baxmayaraq indiyə kimi həmin protokollarla tanış olmasına və qeydlər aparmasına şərait yaradılmadığını eləcə də indiyə kimi verilmiş apellyasiya protestinin ona təqdim olunmadığını bildirib. Məhkəmə müdafiəçilərin və dövlət ittihamçısının çıxışlarınə dinlədikdən sonra birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılması haqda qərar qəbul edib.
Qeyd edək ki, Firudin Zeynalov həbsdə olduğu müddətdə Gəncə şəhər icra hakimi Elmar Vəliyevə sui-qəsd, dövlətin konstutsion quruluşunu dəyişmək, terrorçuluq və digər ağır maddələrlə təqsirləndirilərək cinayət işi açılmışdır. Hazırda istintaqı davam edir.


Xəbərlər



Prezidentin qızı həbsxanaya göndərildi



Əlcəzairdə 82 yaşlı prezidentə qarşı etiraz aksiyası keçirilibr



ABŞ Konqresi Nemtsovun qətli və Putinin gəlirinin açıqlanmasını tələb edirr