Hakimiyyət Xocalı abidəsini ziyarətə imkan vermədi, zorakılıq törədildi VİDEO

Fevralın 26-da, Xocalı soyqırımını anım günüdə Azərbaycan hakimiyyəti Bakıda növbəti rəzilliyə imza atıb. Xocalı şəhidlərinin xatirəsinə ucaldılan “Ana harayı” abidəsini ziyarətə gedənlərin qarşısı kəsilib, onlara abidəni ziyarət etməyə imkan verilməyib, polis zorakılığı törədilib.

İlham Əliyev abidəni ziyarət edib gedəndən sonra ərazi faktiki bağlanıb və başqa siyasi qüvvələrin və ziyarətçilərin abidəyə yaxınlaşmasına imkan verilməyib.

Ziyarətə gedən Müsavat Partiyası rəhbərliyinin qarşısını polis kəsib, onların abidəyə yaxınlaşıb gül qoymasına imkan verməyib. Ziyarətçiərə qarşı zorakılıq tətbiq edilib. Müavat üzvü Mehman Kərimlinin zorakılıq zamanı infarkt keçirib, hadisə yerinə təcili yardım çağırılıb.

Daha sonra Milli Şura rəhbərliyinin ziyarətinə əngəl törədilib.


Xəbərlər



Prezidentin qızı həbsxanaya göndərildi



Əlcəzairdə 82 yaşlı prezidentə qarşı etiraz aksiyası keçirilibr



ABŞ Konqresi Nemtsovun qətli və Putinin gəlirinin açıqlanmasını tələb edirr