İcbari Tibbi Sığorta haqda deyilənlər yalan imiş

Yevlax sakinindən ürək ağrıdan müraciət

Redaksiyamızın poçtuna daxil olan Yevlax şəhər sakini Bağdagül Sadıqovanın müraciətini həyacansız oxumaq mümkün deyil. Prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyevanın martın 1-də mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşündə səhiyyə və icbari tibbi sığorta haqda dedikləri yaşlı ananı heyrətləndirib. Bağdagül Sadıqova müraciətinə belə başlayıb: “Prezidentimizin aldadılmasının- hər şeyin prezidentimizə bildirilən kimi yaxşı olmadığının sübutlarını mətbuat vasitəsi ilə onun diqqətinə çatdırmaq istərdim. Bütün mətbuat işçilərindən xahiş edirəm, imdad harayımın prezidentə çatmasına kömək edəsiniz”.

100 min dollar xərc çəkən xeyriyyəçinin əməyi heçə enmək üzrədir
2014-cü ildə Xəzər Tv vasitəsi ilə Sadıqovların ailə vəziyyətindən və övladımın səhhətindən xəbərdar olan xeyirxah insanlar Sadıqova Ülviyyə Telman qızının yaşaması üçün təmənnasız olaraq 100 000 ( yüz min) dollar xərc çəkərək ona Azərbaycanda qaraciyər köçürülməsi həyata keçirilib”.
Bağdagül Sadıqova bildirir ki, sonuncu dəfə 2018-ci ilin noyabr ayında Nazirlər Kabinetində Humanitar Məsələlər Şöbəsinin müdiri Musa müəllimin və digər rəhbər orqanlarda qəbulda olaraq qızının dövlət hesabına müayinə və müalicə olunmasina kömək göstərilməsin xahiş edib. “Rəsmi müraciətlərimiz icbari tibbi sığortaya yönləndirildi. Lakin icbari tibbi sığorta tərəfindən başqa xəstəxanalara göndəriş verilmədi. Biganəlik nəticəsində qəbulda olduqdan 2-3 ay sonra övladımın səhhəti kəskin olaraq pisləşdi və dəfələrlə agentliklə əlaqə saxladıqdan sonra məlum olur ki, bəs sığortamızın transplantologiya şöbəsi olan Mərkəzi Kliniki xəstəxanayla müqaviləsi var və həmin həmin xəstəxanaya ixtisaslı həkim müayinəsi olunması üçün göndəriş verilir. Müayinələr nəticəsində övladımın səhhətinin kəskin olaraq pisləşdiyi və orqanın dəyişmiş həkimin nəzarəti altında xəstəxana şəraitində müalicə almalı olduğu bildirildi. Sığortamız tərəfindən həmin göndəriş 2-3 ay öncə verilə bilərdi və verilsəydi övladım ölümcül vəziyyətə gəlib çatmazdı. Sığortamızın maddi marağı nə idi ki vaxtında tibbi göndəriş vermirdi?
Övladımın səhhətində ciddi problemlər yaranandı. Həkim müayinəsi zamanı öd yollarında problem olması aşkar edildi. Öd yollarının drenaj (balon dilatasiya) olunması üçün İcbari Tibbi sığorta tərəfindən 18.01.2019-cu il tarixdə Respublika Diaqnostika Mərkəzinə göndərildi. Respublika Diaqnostika Mərkəzində həkim müayinəsi zamanı qarın boşluğunda assit aşkarlanması, qanda albumin dəyərlərinin aşağı olması və qaraciyərində problem olduğu üçün öd yollarının drenaj (balon dilatasiya) olunmasından müvəqqəti imtina edilərək, xəstəyə qaraciyər transplantasiyasın icra edən cərrah transplantoloqun konsultasiyası məsləhət görülüb.
Övladıma qaraciyər transplantasiyasın icra edən cərrah transplantoloq Mircəlal Kazımi hazırda Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin tabeliyində olan Tibbi Xidmət İdarəsində işləyir. Dövlət Gömrük Komitəsinin tabeliyində olan Tibbi Xidmət İdarəsi yalnız Dövlət Gömrük Komitəsinin işçilərinə ödənişsiz tibbi xidmət göstərir. İcbari Tibbi Sığortanın da gömrük xəstəxanası ilə müqaviləsinin olmaması səbəbindən həmin xəstəxanaya göndəriş vermir. Övladım hal-hazırda orqan transplantasiyasın icra edən transplantoloq Mircəlal Kazıminin nəzarəti altında transplantalogiya şöbəsində yatmalı olduğu halda maddi imkansızlıq ucbatından transplantologiya şöbəsi ilə heç bir əlaqəsi olmayan Yevlax rayon Mərkəzi Xəstəxanasında yatır. Övladımı müalicə edə biləcək həkim Yevlaxda deyil, Bakı şəhərində yerləşən Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsində işləyir.qaraciyər transplantasiyasından sonrakı vəziyyət dəstək müalicəsi və digər tibbi xidmətlər icbari tibbi sığortanın baza zərfinə daxil olmaması ucbatından övladım lazımi tibbi yardımı ala bilmir. Övladımın qaraciyər transplantasiyasından sonrakı dəstək müalicəsin orqanın dəyişmiş həkimdən başqa da heç bir həkim üzərinə götürmür. Onu da qeyd edim ki, 2017-ci ildən övladım icbari tibbi sığorta üzrə dövlət agentliyinə və Yevlax mərkəzi xəstəxanasına çoxsaylı müraciətlər edərək müayinə və müalicə almasına kömək göstərilməsin xahiş edirdi. Lakin İcbari tibbi sığorta tərəfindən Yevlax və Mingəçevir xəstəxanasında (halbuki həmin xəstəxanalarda övladımi müayinə edə biləcək ixtisaslı həkim yoxdur) həkim müayinəsindən keçə biləcəyi bildirilərək başqa xəstəxanalara tibbi göndəriş verməkdən qəti şəkildə imtina edilirdi. Məcburiyyətdən övladım həmin xəstəxanalarda müayinələrdən keçibdir. Lakin müayinəni edən həkimlər tərəfindən orqanın dəyişmiş transplantoloqun övladımın durumu haqda rəy verilə biləcəyi bildirilirdi. Ortada qalmış Ali təhsilli birinci qrup əlil və sığortalı olan Yevlax sakinini heç bir xəstəxana üzərinə götürmür, səbəbsə orqan dəyişildikdən sonra ixtisaslı həkimin və dəstək müalicəsinin sığortamızın baza zərfinə daxil olmamasıdır. Nəhayət, Yevlax xəstəxanası ağır vəziyyətdə olan xəstəni ən azından həkim nəzarətindən kənarda qalmaması üçün 25 yanvar 2019-cu ildən xəstəxanaya yatırıb. Həkimlər öz ciblərindən 2 dəfə də “albumin” kimi bahalı dərmanı alaraq xəstəyə vurub, xəstənin vəziyyətinin ağırlaşdığın görüb təmənnasız olaraq insaniyyətlik üçün xəstəyə kömək edilərək qarından müəyyən miqdarda assit boşaldılır. Lakin həmin xidmətlər sığortanın baza zərfinə aid deyil və xəstəyə həmin köməklik göstərmiş tibb işçilərinə buna görə heç bir ödəniş edilmir. Onu da nəzərinizə çatdırım ki, bütün məmurların həkimlərin hamısı da vicdanlı vətəndaşı fikirləşən xeyirxah deyil”,- deyə Bağdagül Sadıqova bildirib.

Xəstəni başlarından etmək üçün yalan məlumat verilir

Daha sonra müraciətdə bildirilir: “Övladıma lazımi tibbi yardım göstərilməsə də, yanvar ayının 25-dən Yevlax xəstəxanasındadır. Xəstəni başlarından etmək üçün son günlər Yevlax xəstəxanasından İcbari tibbi Sığorta üzrə dövlət Agentliyinə heç bir əsas olmadan, yalandan bildirilib ki, bəs həmin xəstə hepatit b-dir və həmin xəstəliyin müalicəsi dövlət proqramına daxil olduğundan biz “Semaşko” xəstəxanasının baş həkimi ilə danışmışıq ailəsinin də xəbəri var həmin xəstəni ora göndəriş verək getsin müalicə alsın.
Ümumiyyətlə sığortalı 1-ci qrup əlil Yevlax sakini olan xəstə ilə xəstəxanada maraqlanılırsa və Ölkə başçısına bildirilən kimi pilot layihənin həyata keçirildiyi şəhərlərin xəstəxanalarında şəffaflıq tam təmin edilibsə xəstənin hepatit olmadığı halda yalandan hepatit olduğu bildirilərək başqa xəstəxanaya göndərmək kimə lazımdır???.
Bu ilin yanvar ayından birinci vitse-pezidentə ölkə başçısına və digər rəhbər orqanlara çoxsaylı müraciətlər edərək birinci qrup əlil olan övladimin Mərkəzi Gömrük Hosbitalında orqanın dəyişmiş həkimin nəzarəti ilə dövlət hesabına dəstək müalicəsi almasına kömək göstərilməsin xahiş etmişəm. Birinci vitse –prezident tərəfindən müraciətlərimizi Mərkəzi Gömrük Hosbitalına göndəribdir. Mərkəzi Gömrük Hosbitalından bizə bildirilmişdir ki aparılan müayinələr nəticəsində xəstəyə “malnutrisiya, ümumi zəiflik və öd yollarında minimal darlıq” diaqnozu qoyulmuşdur. Övladımın həmin xəstəxanada müalicəsinin mümkünsüz olduğu bildirilibdir. Halbuki öd yollarının drenaj (balon dilatasiya) gömrük xəstəxanasında edilməsi üçün dövlətdən kömək istəməmişik. Heç bir həkimin övladımın dəstək müalicəsin üzərinə götürmədiyi üçün qaraciyər transplantasiyasın həyata keçirmiş həkimin nəzarəti altında dövlət hesabına Gömrük Xəstəxanasında dəstək müalicəsi almasına kömək edilməsin xahiş etmişik. Müraciətlərimizin üstündən 1 aydan çox vaxt keçməsinə baxmayaraq xəstəyə heç bir kömək edilməyib.
Hazırda qaraciyər Transplantasiyasın icra edən həkim Mircəlal Kazıminin tibbi müdaxilə etməsi vacib olduğu halda birinci qrup əlil olan övladım lazımi tibbi müdaxilədən məhrumdur və həyatı təhlükədədir.

Televeziya və saytlar məsələni ictimailəşdirməkdən imtina edir

Dəfələrlə rəsmi müraciətlərimizə baxmayaraq Yevlax rayon icra hakimiyyətindən ali təhsilli birinci qrup əlil olan ortada qalmış xəstə ilə maraqlanan olmayıbdır. Yerli məmurlardan ölüm ayağında olan övladıma tibbi yardımın edilməsi üçün kömək istəməyimə də peşiman oluram.
Kömək etmək əvəzinə övladım yaşında məmurlar mən yaşda qadını süründürürlər, üstümə qışqıraraq bildirirlər ki, səni kimsə örgədib bura göndərir. Sahibsiz itlərə belə sahib çıxan qayğı göstərən humanist dövlətimizin bəzi məmurları, illərdir dövlətin millətin sevən ali təhsilli sonradan 1-ci qrup əlilik dərəcəsi təyin edilmiş vətəndaşının rəsmi müraciətlər etməsinə belə baxmayaraq dövlət qayğısından kənarda qalıb. Problemin ictimailəşdirilməsi üçün Televiziyalara, 30-dan çox internet xəbər portallarına, QHT-na müraciətlər etsək də “məsləhət olsa ictimailəşdirərik, bu çür problemləri işıqlandırmırıq, özəl qurumuq vətəndaşın problemlərinin ictimailəşdirilməsi öhdəliyimiz yoxdur” kimi oxşar cavablar alırıq.
Sadıqova Ülviyyə Telman qızının həyatının təhlükədə olmasın nəzərə alaraq dərhal qaraciyər transplantasiyasın icra edən cərrah transplantoloq Mircəlal Kazıminin işlədiyi və ödənişli əsasla fəaliyyət göstərən Dövlət Gömrük Komitəsinin tabeliyində olan Tibbi Xidmət İdarəsində birinci qrup əlil olan övladimin qısa müddətdə yatırılaraq dövlət hesabına bütün lazımi tibbi yardımın edilməsinə kömək etmənizi Xahiş edirəm”.
Sonda Bağdagül Sadıqova əsələni diqqətdə saxlamanızı və problemlərin ictimailəşdirilməsinə kömək etmənizi xahiş edib.


Xəbərlər



Prezidentin qızı həbsxanaya göndərildi



Əlcəzairdə 82 yaşlı prezidentə qarşı etiraz aksiyası keçirilibr



ABŞ Konqresi Nemtsovun qətli və Putinin gəlirinin açıqlanmasını tələb edirr