Azərbaycan İlahiyyat İnstitutu abituriyentlər və valideynlər üçün açıq qapı günləri elan edib

Açıq qapı günləri Azərbaycan İlahiyyat İnstitutunun önəmi və hədəfləri haqqında abituriyent və valideynləri məlumatlandırmaq, institutda təhsilin üstünlükləri,  tədrisin təşkili, tələbələrə təklif olunan beynəlxalq təcrübə, tələbə mübadilə proqramları, eləcə də İnstitutun islamşünaslıq və dinşünaslıq ixtisasları üzrə gələcək məzunlarının iş imkanları haqqında ətraflı məlumat vermək məqsədi ilə  təşkil olunub.

İnstitutdan verilən məlumata görə, açıq qapı günlərində institutun rəhbər və müəllim kollektivi ilə tanışlıq, institutun gələcək fəaliyyəti və əsas istiqamətləri haqqında məlumat verən broşuraların paylanılması nəzərdə tutulub.

Məlumat üçün bildiririk ki, instituta qəbulla bağlı qaynar xətt yaradılıb: (+99412) 510 65 45 (daxili:123)


Xəbərlər



Prezidentin qızı həbsxanaya göndərildi



Əlcəzairdə 82 yaşlı prezidentə qarşı etiraz aksiyası keçirilibr



ABŞ Konqresi Nemtsovun qətli və Putinin gəlirinin açıqlanmasını tələb edirr