Ali məktəblərə yeni qəbul qaydaları

Gələn il abituriyentləri hansı yeniliklər gözləyir?

Ali məktəblərə qəbul qaydalarında təklif olunan yeni model qüvvəyə minib. Yeni qaydalara görə, iki mərhələdə keçiriləcək qəbul imtahanının birinci mərhələsində iştirak etməyən abituriyent ikinci mərhələyə, ikinci mərhələdə iştirak etməyən abituriyent isə ixtisas seçiminə buraxılmır.

Birinci mərhələdə maksimum 300, ikincisində isə maksimum 400 bal yığmaq lazımdır. Bu ballar ali məktəblərə qəbul müsabiqəsində cəmlənib abituriyentin ümumi balını göstərəcək, Nazirlər Kabinetinin dekabrın 24-də təsdiqlədiyi “Ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”nda qeyd edilir.

Orta məktəbin buraxılış imtahanında abituriyentlər təhsil almaq istədikləri tədris dilinə uyğun olaraq, Azərbaycan dili və ya rus dili, xarici dil və riyaziyyat fənlərindən qəbul imtahanı verirlər.

Azərbaycanda ödənişsiz təhsil artımı hansı sahələri əhatə etməlidir?

Pullu məktəb: Azərbaycanda valideynlər niyə orta təhsilə minlərlə manat xərcləyirlər?

Rus dilində təhsil alanlar isə həm də ayrıca Azərbaycan dilindən imtahan verməlidirlər. Abituryentlər 30 sual üzrə maksimal 30 bal toplamalıdırlar. Qeyri-məqbul alanlar ikinci mərhələdə iştirak edə bilməyəcəklər.

Dövlət İmtahan Mərkəzinin (DİM) sözçüsü Xanlar Xanlarzadə BBC News Azərbaycancaya bildirib ki, buraxılış imtahanına təkcə orta məktəbi gələn il bitirənlər yox, əvvəlki illərin də məzunları qatılacaqlar.

Birinci mərhələnin nəticələri iki il qüvvədə qalacaq. Ancaq ali məktəbə daxil olmayan abituriyent ikinci il də buraxılış imtahanında iştirak edib öz nəticəsini yeniləyə bilər.

Xanlar Xanlarzadənin sözlərinə görə, əgər abituriyent ikinci il buraxılış imtahanından birinci illə müqayisədə az bal toplayarsa, o zaman birinci nəticəsi ilə növbəti müsabiqəyə qatıla bilər: “Yəni abituriyent müsabiqədə hansı imtahanın nəticəsi ilə iştirak edəcəyini özü müəyyən edir”.

Sinqapur: Dünyanın ən yaxşı, lakin mübahisəli təhsil modeli

Rezidenturada ödənişli təhsil “əməyin istismarıdır?”

İkinci mərhələdə yenə də iki dəfə imtahan vermək şansı

DİM sözçücü bildirib ki, abituriyentlər yenə də öz şanslarını iki dəfə sınaya biləcəklər, yəni yaz və yay qəbul imtahanına qatılmaqla istədikləri nəticə ilə müsabiqəyə girəcəklər.

İkinci mərhələnin nəticələri isə bir il qüvvədədir, yalnız cari tədris ilində abituriyentə ali təhsil müəssisələrinə keçirilən tələbə qəbulu müsabiqəsində iştirak etmək hüququ verir.

Abituriyentlər I-IV ixtisas qrupları üzrə isə artıq yalnız uyğun fənlərdən imtahan verəcəklər. Bu ixtisas qrupları üzrə qəbul imtahanında iştirakından asılı olmayaraq, abituriyent V ixtisas qrupu üzrə də imtahanda iştirak edə bilər.

I ixtisas qrupu imtahan fənləri riyaziyyat, fizika və kimya, II ixtisas qrupu üzrə riyaziyyat, coğrafiya və tarix, III ixtisas qrupu üzrə qəbul imtahanının dilinə uyğun olaraq, Azərbaycan və ya rus dili, tarix və ədəbiyyat, IV ixtisas qrupu üzrə biologiya, kimya və fizikadan imtahan verəcək.

100 Qadın: “Biz gələcəyin qızlarına keçmişin kitabları ilə təhsil verə bilmərik”

Çox pul qazanmaq istəyirsiniz? Gen mühəndisliyini öyrənin

V ixtisas qrupu üzrə müsabiqədə iştirak etmək üçün abituriyentlər qəbul imtahanının ikinci mərhələsini vermirlər. Onlar müsabiqədə birinci mərhələnin (buraxılış imtahanının) nəticələrinə əsasən iştirak edirlər.

Xanlar Xanlarzadə əlavə edib ki, suallar açıq və qapalı keçiriləcək, ancaq buraxılış imrtahanlarında inşa yazmaq tələbi yoxdur.

Qəbul imtahanının birinci mərhələsində iştirak etməyən abituriyent ikinci mərhələyə, ikinci mərhələdə iştirak etməyən abituriyent isə ixtisas seçiminə buraxılmır.


Xəbərlər



Prezidentin qızı həbsxanaya göndərildi



Əlcəzairdə 82 yaşlı prezidentə qarşı etiraz aksiyası keçirilibr



ABŞ Konqresi Nemtsovun qətli və Putinin gəlirinin açıqlanmasını tələb edirr